Azərbaycanın turizm potensialı Almaniyada nümayiş olunur

Azərbaycanın turizm potensialı Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən “ITB Berlin 2026” sərgisində tanıdılır.

3-5 mart tarixlərində keçirilən sərgidə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə milli stenddə Azərbaycan Hava Yolları (AZAL), hotellər, turizm agentlikləri daxil olmaqla 13 sənaye tərəfdaşının iştirakı ilə ölkə turizminin təbliği və təşviqi məqsədilə B2B görüşlər keçirilir və əməkdaşlıq imkanları müzakirə edilir.

Sərgi çərçivəsində milli stenddə “Gizli xəzinələr: təcrübələrin kəşfi” mövzusunda Azərbaycanın dağ piyada marşrutları haqqında və tarixi İpək Yolu irsini əks etdirən təqdimatın da nümayişi planlaşdırılır.

Azərbaycanın Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev milli stendi ziyarət edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Turizm Bürosu tərəfindən Alman Səyahət Assosiasiyasının üzvləri üçün ölkəmizin turizm potensialı barədə təqdimat keçirilib. Görüşdə Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova və Azərbaycanın Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev çıxış ediblər.

Qeyd edək ki, 2025-ci il ərzində 11% artımla Almaniyadan Azərbaycana 24 mindən çox xarici ziyarətçi səfər edib.

Əlaqədar məqalələr
Turizm

Azərbaycanın turizm imkanları Qazaxıstanda sərgi çərçivəsində nümayiş olunur

Azərbaycanın turizm imkanları Qazaxıstanda sərgi çərçivəsində nümayiş…
►►►
Turizm

Quba Regional Turizm Şurasının işçi qrupunun ilk iclası keçirilib

Quba Regional Turizm Şurasının işçi qrupunun ilk iclası keçirilib Aprelin 17-də Şabran…
►►►
Turizm

Azərbaycanın turizm imkanları Türkiyədə silsilə tədbirlər çərçivəsində təqdim olunub

Azərbaycanın turizm imkanları Türkiyədə silsilə tədbirlər çərçivəsində təqdim…
►►►