“Varis” filminin təqdimatı keçirildi

5mart Park Cinemanın yeni Sevinc Mall filialında VLG.FILM AZERBAIJAN dəstəyi ilə Qlen Pauellin baş rol aldığı çox həyəcanlı “Varis” filminin təqdimatı və Press nümayişi baş tutdu.

Tədbirdə üstünlük yerli media nümayəndələrinə həmçinin blogerlərə verilmişdi. Qonaqlar tədbirin əsas hissəsində iştirak etdikdən sonra VLG.FILM AZERBAIJAN nümayəndəsi Cəmilə xanımla birlikdə ilk dəfə filmi izlədilər. Film barədə bir qədər məlumatı diqqətinizə çatdırırıq:

Dəbdəbəli malikanələr, şəxsi təyyarələr və özəl adalar — “Redfellow” klanının milyardlarla ölçülən sərvəti uğrunda təhlükəli oyun başlayır. Ailənin başçısı tərəfindən hələ doğulmamışdan əvvəl rədd edilən Bekket bu mirasa sahib olmaq istəyir, lakin onun qarşısında yeddi varlı varis dayanır. Arzusuna çatmaq üçün Bekket ailə ağacının bəzi “budaqlarını” kəsməyə qərar verir və bunu cəzasız qalacaq qədər cəsarətli və ixtiraçı planlarla həyata keçirməlidir.

Qonaqlar filmi izlədikdən sonra onun çox cəlbedici, həyəcanlı və son anına kimi filmin necə bitəcəyini bilmədiklərini qeyd etdilər.

“Varis” filmi hazırda həm ingilis həm də rus dillərində və Azərbaycan altyazıları ilə Park Cinema kinoteatrlar şəbəkəsində nümayiş olunur. Biletlərinizi aşağıdakı linkə keçid edərək, əldə edə bilərsiniz:

https://new.parkcinema.az/az/movie/6992c4def9d3e06d1ae5c886

Əlaqədar məqalələr
City Life

“KOB könüllüləri” proqramına maraq artmaqda davam edir

“KOB könüllüləri” proqramına maraq artmaqda davam edir Cari ilin I yarısında proqrama…
►►►
City Life

“AzerGold” QSC Göygöldə yerli icmalarla növbəti görüş keçirib

“AzerGold” QSC Göygöldə yerli icmalarla növbəti görüş keçirib “AzerGold” QSC-nin…
►►►
City Life

“CineMastercard” xüsusi kino seanslarında fasilə (antrakt) ilə yeni rahatlıq səviyyəsi təqdim edir

“CineMastercard” xüsusi kino seanslarında fasilə (antrakt) ilə yeni rahatlıq səviyyəsi…
►►►