“Komedixana”nın “Bayram Bayrama Qarışıb” solo konserti keçirildi

Maraqlı obrazları və gülməli səhnəcikləri ilə hər kəsin sevimlisinə çevrilən Komedixana komandası “Bayram Bayrama Qarışıb” adlı xüsusi proqramı ilə çıxış edib. Konsert 9 mart tarixində Heydər Əliyev Sarayında baş tutub.

Bayram ab-havası, gündəlik həyatın ən gülməli məqamları, tanış obrazlar və bitməyən zarafatlar bu gecə bir səhnədə birləşdi.

Konsertdə bir-birindən maraqlı “Мuğam müsahibəsi”, “Fokus”, “10 ildən sonra Moskvadan gələn azərbaycanlı”, “Ballı-qoz İstirahət mərkəzi” səhnəciklər təqdim olundu.

“Komedixana” — 2019-cu ildən Azərbaycanın Xəzər TV kanalında yayımlanan, tamaşaçılar tərəfindən çox sevilən  komediya verilişidi.

“Komediyaxana”da müxtəllif rollarda Ənvər Abbasov, Xəyalə Quliyeva, Mələkxanım Kazımova,  Cavidan Novruz, Zarina Qurbanova, Elgün Hüseynov, Gülzar Əşrəfova və Mənsur Şərif iştirak edirlər.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►