Kaspersky: Azərbaycanda uşaqları onlayn oyunlarda kibertəhlükələrdən qorumağın qaydaları

Onlayn oyunlar, o cümlədən Azərbaycandakı uşaqlar və yeniyetmələr arasında ən populyar asudə vaxt məşğuliyyətlərindən biri olaraq qalır. Mart ayında məktəblilərin daha çox boş vaxtı olduğu uzun tətil günlərində oyunlara və onlayn ünsiyyətə marağı xeyli artır. Amma, bununla yanaşı, istifadəçiləri aldatmaq və məlumatları oğurlamaq üçün oyun platformalarından istifadə edən kibercinayətkarların daha da fəallaşması müşahidə olunur. Kaspersky mütəxəssisləri gənc oyunçuların üzləşdiyi ən çox yayılmış təhdidləri və onlardan qaynaqlanan riskləri azaltmağın yollarını izah edirlər.

Oyun mühiti yüksək auditoriya iştirakı və nadir predmetlər və ya oyun valyutası kimi əlavə oyundaxili üstünlüklərə meyl səbəbindən kibercinayətkarları cəlb edir –  onlar bundan fəal şəkildə istifadə ilə xüsusən regiondakı gənc oyunçuları hədəf alan zərərli fayllar və fişinq səhifələri yaradırlar.

Onlayn oyunlarda ümumi təhdidlər

Ən çox yayılmış risklərdən biri mod, fırıldaq və ya populyar oyunlar üçün əlavə imkanlar adı altında gizlədilmiş zərərli faylların yüklənməsidir. Vəd edilmiş təkmilləşdirmələr əvəzinə bu cür fayllar cihaza troyanlar və ya uzaqdan giriş alətləri kimi zərərli proqramlar quraşdıra bilər.

Fişinq sxemləri də aktualdır. Fırıldaqçılar aşağıdakıları təklif edirlər:

  • “pulsuz skinlər” və ya nadir oyundaxili predmetlər;
  • pulsuz oyundaxili valyuta;
  • dəyərli mükafat uduşları və aksiyalarında iştirak.

“Mükafat”ı almaq üçün istifadəçilərdən oyun hesablarının login və şifrələrini, hətta ödəniş məlumatlarını daxil etmək xahiş olunur. Bu, təcavüzkarların hesablara və ya maliyyə məlumatlarına giriş əldə etməsinə imkan verir.

Niyə uşaqlar xüsusilə həssasdırlar

Uşaqlar və yeniyetmələr onlayn məzmuna daha çox etibar edirlər və fırıldaqçılığı tanımaya bilərlər. Onlar həmçinin, xüsusən də oyunda “əla təkliflər” aldıqda, daha tez qərar verməyə meyllidirlər. Bu, onları kibercinayətkarlar üçün əsas hədəfə çevirir.

“Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da uşaqlar onlayn oyunlarda, onlayn ünsiyyət və qarşılıqlı əlaqədə getdikcə daha çox vaxt keçirirlər. Eyni zamanda, kibercinayətkarlar eyni psixoloji taktikalardan istifadə edirlər – asan qazanc, nadir predmetlər və ya bonuslar vədləri. Valideynlərin yalnız təhlükəsizlik həlləri quraşdırmaqları deyil, həm də uşaqları ilə onlayn təhlükəsizlik qaydalarını müntəzəm olaraq müzakirə etmələri vacibdir”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edir.

Uşağı necə qorumalı

Kaspersky mütəxəssisləri valideynlərə bir neçə sadə qaydaya əməl etməyi tövsiyə edirlər:

  • Kibertəhlükəsizliyin əsaslarını izah edin. Uşağınıza onlayn fəaliyyətlə bağlı risklər və tipik fırıldaqçılıq sxemləri barədə məlumat verin.
  • Güclü şifrələrdən istifadə edin. Onlara oyun hesabları üçün unikal şifrələr yaratmağa kömək edin və onları niyə başqaları ilə paylaşmamalı olduqlarını izah edin.
  • Oyunları və əlavələri yalnız rəsmi mənbələrdən yükləyin. Modlar və “pulsuz versiyalar” təklif edən üçüncü tərəf saytlarından uzaq durun.
  • Fişinq barədə xəbərdarlıq edin. Şübhəli veb-saytlara login, şifrə və ya ödəniş məlumatlarını daxil etməməyin vacibliyini izah edin.
  • Təhlükəsizlik həllərindən istifadə edin. Müasir proqramlar zərərli faylları müəyyən etməyə və təhlükəli linkləri bloklamağa kömək edir.
  • Uşağınızın rəqəmsal fəaliyyətini izləyin. Xüsusi valideyn nəzarəti vasitələri riskləri azaltmağa və təhdidləri erkən aşkar etməyə kömək edə bilər.

Kaspersky mütəxəssisləri xatırladırlar: uşaqların rəqəmsal təhlükəsizliyinə diqqətli yanaşma və ailə daxilində açıq ünsiyyət riskləri əhəmiyyətli dərəcədə azalda və onlayn oyunları daha təhlükəsiz edə bilər.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Azercell Milli Paralimpiya Komitəsi ilə birgə 3 saylı Uşaq evini ziyarət edib

Azercell Milli Paralimpiya Komitəsi ilə birgə 3 saylı Uşaq evini ziyarət edib Şirkət…
►►►
Elm / Texnologiya

“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir “Nar”ın…
►►►
Elm / Texnologiya

Azercell-dən xüsusi “OPPO” kampaniyası!

Lider mobil operator Novruz bayramı münasibətilə abunəçiləri üçün xüsusi kampaniyaya…
►►►