Xalq artisti Röya Ayxan möhtəşəm konsert proqramı ilə çıxış edib

27 mart Xalq artisti Röya Ayxan Bakı Konqres Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış edib.

Konsertdən öncə Röya jurnalistlərlə görüşüb. Xalq artisti Gürcüstanda keçirilməsi planlaşdırılan konsertinin təxirə salınmasına münasibət bildirib:

“Gürcüstandakı olayı hər kəs bilir.
II Ilianın vəfatı ilə əlaqədar Gürcüstanda matəm elan olundu və bu səbəbdən 21 martda nəzərdə tutulan konsertim təxirə salınıb. Əslində belə şeylərə sevinməzlər, amma düşündüm ki, nə yaxşı ki konsert mayın 25-nə keçirildi. Çünki məşqlər gecə saat 12-dən sonra başlayır. Bakıdan Gürcüstana uçub orada konsert verib, sonra yenidən Bakıya dönüb məşqlərə davam etmək və yenidən konsert vermək məni çox yoracaqdı. Tamaşaçılar da bu yorğunluğumu hiss edə bilərdilər. Həmdə mayın 25-i artıq yay mövsümünə təsadüf edir, hər kəs üçün konsertə gəlmək daha rahat olacaq. Konsertin təşkilatçısı 33 EVENT şirkətidi”.

Konsert böyük anşlaqla keçib. Gecədə Röyanın illərdi dillər əzbəri olan mahnılar səslənib. Onların arasında: ” Bahar”,
“Səninəm”, “Bəlkə də”, “Sənə görə”, “Dəniz” və s.

Tamaşaçılar Röya Ayxanın ifalarına qoşularaq bu möhtəşəm gecənin bir parçasına çevrilib, sevgi və alqışlar isə konsert boyunca səngiməyib.

Bu maraq bir daha sübut edir ki, Röya Ayxanın konsertləri ilin hansı günü keçirilirsə keçirilsin, hər zaman anşlaqla yadda qalır.

Əlaqədar məqalələr
İncəsənət / Dəb

"King's Style"- kralların seçimi

“King’s Style”- kralların seçimi Kişi geyimlərinin ən əsas…
►►►
İncəsənət / Dəb

Səhnədə yenidən “Şəngülüm, Məngülüm”

Səhnədə yenidən “Şəngülüm, Məngülüm” Azərbaycan Dövlət Kukla Teatrı yubiley…
►►►
İncəsənət / Dəb

Nyu Yorkda "Mədəni Diplomatiya üçün İncəsənət- Azərbaycan: Şəqrlə Qərbin qovşağınd...

Nyu Yorkda “Mədəni Diplomatiya üçün İncəsənət- Azərbaycan: Şəqrlə Qərbin…
►►►