Dünyaca məşhur AKCENT Bakıda konsert proqramı ilə çıxış etdi

4 aprel pop və dance musiqisinin sevilən ifaçısı AKCENT Elektra Hall səhnəsində canlı konsertlə çıxış etdi. Adrian Sinanı səhnədə rəqqasələr müşayiət etdi.

Konsertin təşkilatçısı- Star Breeze.

“Akcent” 1999-cu ildə Rumıniyada Adrian Klaudio Sina tərəfindən yaradılıb. Qrupun əvvəlki üzvlərinin ən parlaq mahnı və albomları müxtəlif dövrlərdə hitə çevrilib, bunun sayəsində Adrian Sina böyük populyarlıq qazanıb.

Özünəməxsus ifaları ilə milyonların qəlbini fəth edən AKCENT bu gecə “That’s My Name”, “Kamelia”, “On and On”, “Dragoste de inchiriat”, “My passion”, “Stay With Me” və digər hitləri ifa edib.

Canlı musiqi və unudulmaz atmosfer hamının zövgünə oxşayıb.

Günel Həsənova

Əlaqədar məqalələr
İncəsənət / Dəb

"King's Style"- kralların seçimi

“King’s Style”- kralların seçimi Kişi geyimlərinin ən əsas…
►►►
İncəsənət / Dəb

Azerbaijan Fashion Week 20-ci yubiley mövsümünü keçirəcək

Azerbaijan Fashion Week və Dome Middle East Fashion Week Bakida 20-ci yubiley mövsümünün…
►►►
İncəsənət / Dəb

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib Əməkdar artist Fərqanə Qasımova yeni…
►►►