“Mastercard” onçeyn ödənişləri və fiat ödəniş kanallarını birləşdirmək üçün BVNK-nı satın alır

  • Vəsaitlərin mübadiləsi üsullarının daha geniş seçimini təmin etməklə fərdi şəxslər və şirkətlər üçün imkanları daha da genişləndirir. 
  • BVNK-nın rəqəmsal aktiv infrastrukturu “Mastercard”ın etibarlı qlobal ödəniş şəbəkəsini tamamlamaqla fiat valyutalar və sabit kriptovalyutalar arasında qarşılıqlı əlaqəni təmin edir. 
  • Maliyyə institutlarına və digər müştərilərə sabit kriptovalyutalar, tokenləşdirilmiş depozitlər və tokenləşdirilmiş aktivlərlə yeni istifadə ssenarilərini həyata keçirməyə imkan verir. 

“Mastercard” sabit kriptovalyutalar infrastrukturunun lideri olan BVNK-nın 300 milyon dollar şərti ödəniş daxil olmaqla, 1,8 milyard dollara satın alınması ilə bağlı yekun razılaşma əldə etdiyini bəyan edib. Bu sövdələşmə “Mastercard”ın rəqəmsal aktivlərin, eləcə də vəsaitlərin valyutalar, ödəniş sistemləri və regionlar arasında dövriyyəsinin kompleks dəstəklənməsi imkanını daha da genişləndirir.

Texnologiya insanlar və şirkətlər arasında dəyər mübadiləsinin aparılma üsulunu davamlı olaraq təkmilləşdirir. Blokçeyn texnologiyasının dəstəklədiyi rəqəmsal aktivlər pul vəsaitlərinin hərəkətini daha da sürətləndirmək və effektiv etmək potensialına malikdir. Hazırda hələ başlanğıc mərhələsində olsa da, rəqəmsal valyutada ödənişlərin tətbiqi sahələri sürətlə genişlənərək 2025-ci ildə minimum 350 milyard dollara çatıb.1

Bir çox ölkələrdə rəqəmsal valyutalar üzrə normativ-hüquqi bazanın dədiqləşməsi sayəsində maliyyə institutları və fintexlər müştərilərinə sabit kriptovalyutalar və tokenləşdirilmiş depozitlər vasitəsilə ödəniş seçimləri təklif etməyə can atırlar. 

Hazırda kart ödənişləri milyardlarla istehlakçı üçün yüz milyonlarla qəbul nöqtəsi və rəqəmsal giriş nöqtələrində misilsiz istifadəçi təcrübəsi, geniş əhatə dairəsi, qəbul və istehlakçıların maraqlarının müdafiəsi imkanı təklif edir. Dünya üzrə kriptocüzdanlar kartlardan getdikcə daha aktiv şəkildə tövsiyə olunan identifikasiya vasitəsi kimi istifadə edilir, bu da istehlakçı ödənişlərində rəqəmsal valyutaların praktiki dəyərini artırmağa şərait yaradır. Transsərhəd pul köçürmələri, ödəmələr, P2P və B2B ödənişləri kimi istifadə ssenariləri sabit kriptovalyutalar və tokenləşdirilmiş depozitlər üçün əlavə imkanlar yaradır. Zamanla sürət və proqramlaşma imkanı kapital bazarları, pul vəsaitlərinin idarə edilməsi və digər kommersiya sahələrində kritik problemləri də həll edə bilər. 

Bu istifadə hallarını dəstəkləməyin açarı bu kanalların ödəniş sistemlərinin əsasını təşkil edən təhlükəsizlik, etibarlılıq və uyğunluq standartlarının tətbiq etməklə mövcud fiat valyutaları kanallarına maneəsiz qoşulmasındadır. “Mastercard” əlçatanlıq, qarşılıqlı uyğunluq və etimadı təmin etmək məqsədilə bu ödəniş seçimlərinin öz şəbəkəsinə qoşula bilməsinə sərmayə qoyur.

Müxtəlif rəqəmsal valyutalar və tokenləşdirilmiş depozitlər buraxıldıqca, həmçinin onların istifadə miqyası genişləndikcə, çoxsaylı zəncirlər arasında fiat və rəqəmsal valyutalar arasında yüksək təhlükəsiz və uyğun ödəniş koordinasiya tələblərinə ehtiyac da artır. BVNK və “Mastercard”ın imkanlarının birləşdirilməsi müxtəlif sistemləri maneəsiz əlaqələndirməyə imkan verən genişmiqyaslı etibarlı qarşılıqlı uyğunluğu təmin edəcək.

“Zaman keçdikcə əksər maliyyə institutlarının və fintexlərin sabit kriptovalyutalar və ya tokenləşdirilmiş depozitlər kimi rəqəmsal valyutalarla əlaqəli xidmətlər təqdim edəcəklər. Biz onları və onların müştərilərini tokenləşdirilmiş pulun üstünlüklərini reallaşdırmağa imkan verəcək ən keyfiyyətli, normativ tələblərə tam cavab verən və qarşılıqlı uyğun həllərimizlə dəstəkləmək istəyirik. Bu satınalma həmişə etdiyimizi – iqtisadiyyatları gücləndirmək və insanların imkanlarını genişləndirmək üçün innovasiya və texnologiyadan istifadəni möhkəmləndirir. Şəbəkəmizə onçeyn kanalların əlavə edilməsi demək olar ki, hər növ əməliyyatlar üçün sürət və proqramlaşdırma qabiliyyətini dəstəkləyəcək”, “Mastercard”ın Baş Məhsul Direktoru Yorn Lambert bildirib. 

Bu satınalma şirkətin onçeyn ödənişlərin növbəti inkişaf mərhələsində bütün bazar iştirakçıları üçün imkanları maksimuma çatdırmaq məqsədilə əməkdaşlığın möhkəmləndirilməsinə və innovasiyaların təşviqinə yönəlmiş “Mastercard Crypto Partner Program” kimi son təşəbbüslərini tamamlamış olur. 

2021-ci ildə təsis olunan BVNK geniş təcrübə əldə etmiş, həmçinin fiat valyutalar və sabit kriptovalyutalar arasında qarşılıqlı əlaqəni təmin etmək üçün bu sahədə lider infrastruktur yaratmağa nail olmuşdur. Bu gün BVNK platforması 130-dan çox ölkədə bütün əsas blokçeyn şəbəkələrində müştəriləri üçün ödənişlərin göndərilməsi və qəbulunu mümkün edir.

“Rəqəmsal valyuta imkanlarının sadələşdirilməsində əldə edilən bütün nailiyyətlərə baxmayaraq, biz mümkün olanın yalnız cüzi hissəsinə toxuna bilmişik. Bu sövdələşmə pulun gələcəyini müəyyən etmək və təmin etmək üçün bir-birini tamamlayan imkanları birləşdirir. Birlikdə biz rəqəmsal valyutaya əsaslanan maliyyə xidmətləri üçün misli görünməmiş infrastruktur yarada edə bilərik”, – BVNK-nın həmtəsisçisi və Baş İcraçı Direktoru Cesse Hemson-Struters bildirib.

“Mastercard” və BVNK-nın səylərinin birləşdirilməsi müştərilərə qapalı ekosistemlərdən asılı olmadan, ehtiyac duyduqları ən uyğun həllərə çıxış imkanı verən, konkret rəqəmsal aktivlərə və blokçeyn şəbəkəsinə neytral yanaşma təqdim edəcək.

İlin sonuna qədər tamamlanacağı gözlənilən sövlədələşmə tənzimləyici orqanlar tərəfindən baxılmalı və digər standart tamamlama şərtlərinə cavab verməlidir. 

İnvestisiya icması üçün telekonfrans

Martın 17-də, Şərq saat qurşağı ilə saat 09:00-da şirkət əməliyyatı müzakirə etmək üçün telekonfrans təşkil edib. Bu zəngə qoşulmaq üçün nömrələr: 888-330-2508 (ABŞ daxilində) və 240-789-2735 (ABŞ xaricində), şifrə 6451878 olub. Telekonfransın səs yazısı 800-770-2030 (ABŞ daxilində) və 647-362-9199 (ABŞ xaricində) nömrələrində (şifrə: 6451878) əlçatan olacaq. 

Canlı yayım və səs yazısı həmçinin şirkətin www.mastercard.com/investor veb-saytının “Investor Relations” (“İnvestorlarla əlaqələr”) bölməsində əlçatan olacaq. Bu telekonfransda istifadə olunan təqdimatların slaydları da veb-saytda təqdim olunub. 

Perspektivlə bağlı bəyanatlar

Bu press-reliz 1995-ci il tarixli Özəl qiymətli kağızlar üzrə məhkəmə islahatı aktının “təhlükəsiz liman” müddəalarına uyğun olaraq perspektivlə bağlı bəyanatları ehtiva edir. Tarixi faktlar haqqında bəyanatlardan başqa bütün bəyanatlar perspektiv xarakterli ola bilər. Bu press-relizdə istifadə edilən “hesab edirik”, “gözləyirik”, “ola bilər”, “edə bilər”, “edəcək”, “olacaq”, “tendensiya” və oxşar ifadələr perspektivlə bağlı bəyanatları ifadə etmək məqsədi daşıyır. Perspektivlə bağlı bəyanatlara misal olaraq “Mastercard”ın inkişafı və biznes strategiyaları ilə bağlı gələcək perspektivləri, həmçinin “Mastercard”ın BVNK-nın biznesini əldə etməsi və idarə etməsi ilə bağlı bəyanatlar daxildir, lakin bunlarla məhdudlaşmır. Bu bəyanatlar yalnız verildiyi tarix üçün keçərli olduğundan onlara həddindən artıq etibar etməmək tövsiyə olunur. Şirkətin ABŞ-nin federal qiymətli kağızlarla bağlı qanunvericiliyi çərçivəsində mövcud öhdəlikləri istisna olmaqla, şirkət fəaliyyətin faktiki nəticələrini, maliyyə vəziyyətindəki dəyişiklikləri, qiymətləndirmələrdə, gözləntilərdə və ya fərziyyələrdəki dəyişiklikləri, ümumi iqtisadi və ya sənaye şəraitindəki dəyişiklikləri və ya bu press-relizin hazırlanmasından sonra yaranan və/və ya mövcud olan digər halları əks etdirmək üçün və ya hər hansı gözlənilməz hadisələrin baş verməsini əks etdirmək üçün perspektivlə bağlı məlumatları yeniləmək və ya başqa şəkildə yenidən nəzərdən keçirmək niyyətində deyil.

Əməliyyata, fəaliyyətimizə və biznes mühitimizə aid olan bir çox amil və qeyri-müəyyənlik – hamısının proqnozlaşdırılması çətin olan və bir çoxu nəzarətimiz xaricində olan – hər hansı perspektivlə bağlı bəyanatların reallaşıb-reallaşmayacağına təsir göstərir. Bu amillərdən hər hansı biri bizim faktiki nəticələrimizin və ya satınalmanın təsirinin “Mastercard” tərəfindən və ya onun adından edilən hər hansı perspektivlə bağlı bəyanatlarda yazılı şəkildə ifadə edilən və ya nəzərdə tutulan nəticələrdən əhəmiyyətli dərəcədə fərqlənməsinə səbəb ola bilər. Satınalmanın tamamlanması və təsiri ilə bağlı belə amillərə bütün zəruri şərtlərin yerinə yetirilib-yetirilməyəcəyi və əməliyyatın razılaşdırılmış şərtlər çərçivəsində və vaxtında tamamlanıb-tamamlanmayacağı daxildir, lakin bunlarla məhdudlaşmır. 

1 “Boston Consulting Group” – Sabit kriptovalyutalarda ödənişlər: rəqəmlərdə gizlənən həqiqət (link)

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

“Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərində....

“Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərində məhsul və xidmətlərini…
►►►
İqtisadiyyat / Biznes

Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı Azərbaycan Banklar Assosiasiyasının…
►►►
İqtisadiyyat / Biznes

“KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”ni dəstəkləyən təşkilatların sırası genişlənir

“KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”ni…
►►►