Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub

Azərbaycan Respublikası Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Elnur Abbasquliyev Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub. O, bu təyinatadək Azərbaycan Dövlət Pantomima Teatrında direktor müavini vəzifəsində çalışıb.
Bu barədə teatrın Strategiya və kommunikasiya şöbəsi məlumat yayıb.

Məlumat üçün bildirək ki, Elnur Mais oğlu Abbasquliyev 19 noyabr 1979-cu ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram teatrı və kino aktyoru” fakültəsini bitirib.

1996–2000-ci illərdə Xalq artisti Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi “Dəli yığıncağı” Pantomima Teatr-studiyasında, 2000–2009-cu illərdə isə Azərbaycan Dövlət Pantomima Teatrında aktyor kimi fəaliyyət göstərib.

2009-cu ilin sentyabr ayından etibarən paralel olaraq Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi çalışır. 2021-ci ilin oktyabr ayında Azərbaycan Dövlət Pantomima Teatrında direktor müavini vəzifəsinə təyin olunub.

Elnur Abbasquliyev müxtəlif illərdə bir sıra beynəlxalq tədbirlərdə, mədəniyyət günlərində təşkilat komitələrinin və işçi qruplarının üzvü olub, televiziya tamaşalarında və filmlərdə maraqlı obrazlar yaradıb.

O, yaradıcılıq fəaliyyəti dövründə Rusiyada, Türkiyədə, Gürcüstanda, İranda, Niderlandda, Ukraynada və Tatarıstanda (RF) keçirilən nüfuzlu beynəlxalq festival və sənət tədbirlərində iştirak edərək Azərbaycan teatr sənətini uğurla təmsil edib.

Əlaqədar məqalələr
İncəsənət / Dəb

Qırğız Milli Filarmoniyası Bakıda “Cəmilə” tamaşasını təqdim edib

Qırğız Milli Filarmoniyası Bakıda “Cəmilə” tamaşasını təqdim edib Aprelin 16-da…
►►►
İncəsənət / Dəb

"King's Style"- kralların seçimi

“King’s Style”- kralların seçimi Kişi geyimlərinin ən əsas…
►►►
İncəsənət / Dəb

Dünyaca məşhur AKCENT Bakıda konsert proqramı ilə çıxış etdi

Dünyaca məşhur AKCENT Bakıda konsert proqramı ilə çıxış etdi 4 aprel pop və dance…
►►►