Kaspersky: uşaqlara onlayn və oflayn vaxtlarının balanslaşdırılmasında necə kömək etməli
Yay tətilli yaxınlaşır və bir çox valideyn uşaqlarının daha çox hərəkətdə olması və cihazlarda daha az vaxt keçirməsi üçün bu müddəti necə düzgün təşkil etmək barədə düşünür. Müasir dünyada rəqəmsal mühitdən tamamilə kənarda qalmaq mümkün deyil, çünki o, həm böyüklər, həm də uşaqlar üçün gündəlik həyatın bir hissəsinə çevrilib.

Bu gün uşaqlar internetdən gündəlik ünsiyyət, video izləmək və əyləncə üçün fəal şəkildə istifadə edirlər. Onlayn və oflayn həyat arasında tarazlıq tapmaq valideynlər üçün xüsusilə aktuallaşır.
“Uşağın təkcə cihazlardan istifadəsini məhdudlaşdırmaq deyil, həm də onunla etibarlı dialoq qurmaq vacibdir. Valideynlər təhlükəsiz onlayn davranış qaydalarını izah etməli, uşaqlarının internetdə qarşılaşdıqları şeyləri onlarla müzakirə etməli və alternativ istirahət seçimləri göstərməlidirlər. Bu yanaşma təkcə riskləri azaltmağa deyil, həm də ailə münasibətlərini gücləndirməyə kömək edir”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
Onun sözlərinə görə, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da uşaqlar çox erkən yaşdan rəqəmsal cihazlardan istifadə etməyə başlayırlar, buna görə də həmin yaş dövründə onların rəqəmsal savadlılığına və təhlükəsizliyinə diqqət yetirmək xüsusilə vacibdir.
Kaspersky mütəxəssisləri valideynlərə aşağıdakıları tövsiyə edirlər:
⦁ uşaqlara rəqəmsal cihazlardan istifadə üçün ciddi qadağalar qoymaq əvəzinə, ağlabatan qaydalar barədə danışıqlar aparın;
⦁ uşaqlarla onların onlayn təcrübələrini müntəzəm olaraq müzakirə edin və rəqəmsal təhlükəsizliyin əsas qaydalarını izah edin;
⦁ texnologiyadan balanslı istifadənin şəxsi nümunənizdə göstərin;
⦁ idman, gəzinti və birlikdə oynamaq kimi alternativ istirahət fəaliyyətləri təklif edin;
⦁ əlavə qorunma üçün valideyn nəzarəti vasitələrindən istifadə edin.
Mütəxəssislər həmçinin birlikdə daha çox oflayn vaxt keçirməyi tövsiyə edirlər: gəzintilər, oyunlar və aktiv istirahət sağlam vərdişlərin inkişafına və cihazlardan asılılığın azaldılmasına kömək edir.
Rəqəmsal mühitdə uşaqların müdafiəsini gücləndirmək üçün “Kaspersky Safe Kids” kimi ixtisaslaşmış valideyn nəzarəti həllərindən istifadə edə bilərsiniz.








