VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub.

Ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdləri və xüsusi istedadı ilə seçilən VIII sinif şagirdləri arasında keçirilən VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub.

İki mərhələdən ibarət olimpiadanın respublika turunda astronomiya üzrə bilik və bacarıqlarını yoxlamaq məqsədilə 2200-ə yaxın şagird qeydiyyatdan keçib. İlk turda ümumi balın ən azı 65%-ni toplayan şagirdlər final mərhələsinə dəvət alıblar.

Mayın 16-da Bakı Dövlət Universitetində və Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə keçirilən olimpiadanın final mərhələsində respublika turunu uğurla keçən 224 şagird iştirak edib. Təşkilat Komitəsinin qərarına əsasən, onlardan ən yaxşı nəticə göstərən 5 nəfər birinci yerə, 9 nəfər ikinci yerə, 15 nəfər isə üçüncü yerə layiq görülüb. Qaliblərin siyahısı ilə “Nəticələr” bölməsindən tanış ola bilərsiniz.

Olimpiadanın final mərhələsinin qalibləri medal və hədiyyələrlə mükafatlandırılacaq, həmçinin bu il Vyetnamda keçiriləcək XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə dəvət olunacaqlar. Hazırlıq dərsləri Bakı Dövlət Universiteti və MÜTDA Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən mərkəzdə təşkil olunacaq.

VI Azərbaycan Astronomiya Olimpiadasının təşkilatçıları Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, MÜTDA Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomiya Cəmiyyəti” İB-dir. Komandanın Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı Təhsil İnstitutunun dəstəyi ilə həyata keçirilir.

Qeyd edək ki, VI Azərbaycan Astronomiya Olimpiadası və XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumunun baş sponsorluğu ilə həyata keçirilir.

Nəticə: https://docs.google.com/spreadsheets/d/1upoMPpcUoQlg3qA_av0LSQQiz-tFekqpfijZu3E5IqM/edit?gid=0#gid=0

Əlaqədar məqalələr
Elm / Texnologiya

Azercell IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellekt əsaslı həllərini təqdim edib

Azercell IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellekt əsaslı həllərini təqdim…
►►►
Elm / Texnologiya

Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində ...

Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji…
►►►
Elm / Texnologiya

Kaspersky: 10 rəqəmsal zorakılıq qurbanından 6-sı təcavüzkarı şəxsən tanıyır

Kaspersky: 10 rəqəmsal zorakılıq qurbanından 6-sı təcavüzkarı şəxsən…
►►►