İtaliyanın lüks brendi “Giuseppe Ancona” Bakıda

30 iyun İtaliya Səfirliyinin Ticarət şöbəsi olan İtaliya Ticarət Agentliyinin Bakı ofisinin təşkilatçılığı ilə İtaliyanın lüks brendi “Giuseppe Ancona”nı tanıtmaq üçün tədbir keçirib.

İşçi səfəri ərzində brendin qurucusu və direktoru Cüzeppe Ancona lüks seqmentli kişi geyimləri sektoru üzrə yerli təchizatçı və istehlakçılarla məhsuldar B2B görüşləri keçirib.

Son beş il ərzində (2020-2025-ci illər) İtaliyadan Azərbaycana geyim sektoru üzrə, o cümlədən dəri və kürk geyimlərinin idxalında tədricən artım müşahidə olunub. 2025-ci ildə İtaliyadan Azərbaycana ümumi idxalın həcmi 36,1 min avro dəyərində olub. 2024-cü ildə qeydə alınmış 37,7 min avro ilə müqayisədə 4 faizlik azalma nəzərə çarpır. Bu kiçik tendensiya 2026-cı ilin əvvəllərində də davam edib. Belə ki, yanvar-mart ayları ərzində İtaliyadan idxalın həcmi 8 min avro olub. Bu nəticə 2025-ci ilin eyni dövründə qeydə alınan 8,7 min avro ilə müqayisədə 1,3 faizlik azalma göstərir.

“Giuseppe Ancona” berendinin yerli bazara iştirakçılarına və istehlakçılarına təqdim edilməsi bu sektorda mühüm əhəmiyyət daşıyır. Bu geyim brendi İtaliyanın və dünyanın dəb bazarında fərdi və hazır kişi geyimlərinin tikilişi üzrə fəaliyyət göstərir. Şirkət ənənəvi dərzi üsullarını müasir dəbdəbə ilə birləşdirmək ustalığı ilə tanınır. Bu təməl prinsip hazır geyim istehsalının yüksək keyfiyyətinə olan etibarı ilə tanınır və brendin böyüməsi üçün əsas zəmin yaradır. Parça seçimi, xüsusilə merinos yunu, kaşmir, ipək, Misir pambığı və kətan kimi incə parçaların istifadəsi brendin keyfiyyət və davamlılığa verdiyi önəmi əks etdirir. Davamlılıq tələblərinə cavab vermək üçün “Giuseppe Ancona” eyni zamanda keyfiyyətli azaltmadan üzvi pambıq, təkrar emal olunmuş yun və ya ətraf mühitə mənfi təsiri az olan innovativ və ekoloji təmiz parçalardan istifadəni də nəzərdə tutur.

@giuseppeancona1932

@itabaku_

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim

Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim Şirkət…
►►►
City Life

“CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir

“CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir Kino və təbiət…
►►►
City Life

Yelo Bank gənc xanımların mentorluq proqramının....

Yelo Bank gənc xanımların mentorluq proqramının məzun gününə ev sahibliyi edib Yelo…
►►►