“Obsessiya” – dünya kinoprokatında böyük uğur qazanan film yalnız CineMastercard-da

Dünyanın müxtəlif ölkələrində tamaşaçıların diqqətini cəlb edən psixoloji horror filmi “Obsessiya” Azərbaycanda yalnız CineMastercard kinoteatrlar şəbəkəsində nümayiş olunur.

Cəmi 750 min ABŞ dolları büdcə ilə ərsəyə gələn film qısa müddətdə dünya miqyasında əsl fenomenə çevrilib. Bu günədək onun qlobal kassa gəlirləri 370 milyon ABŞ dollarını ötüb.

“Obsessiya” gərgin atmosferi və gözlənilməz süjet xətti ilə tamaşaçıları son ana qədər ekrana bağlayır. Hadisələrin gedişi getdikcə həyəcanı artırır, final isə müxtəlif yozumlara imkan yaradaraq janr həvəskarları arasında geniş müzakirələrə səbəb olur. Məhz psixoloji gərginlik, intriqa və gözlənilməz sonluğun uğurlu vəhdəti filmi son ayların ən çox müzakirə olunan ekran işlərindən birinə çevirib.

Filmin uğuru bir daha göstərir ki, böyük kino nailiyyəti yalnız yüksək büdcədən deyil, tamaşaçını ilk dəqiqələrdən son kadra qədər maraq içində saxlayan güclü hekayədən asılıdır.

Azərbaycanda “Obsessiya” filmini yalnız CineMastercard kinoteatrlar şəbəkəsində izləmək mümkündür.

Əlaqədar məqalələr
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►
City Life

İlk dəfə CineMastercard-da: ScreenX formatı üçün xüsusi çəkilmiş "Hörümçək-Adam"

İlk dəfə CineMastercard-da: ScreenX formatı üçün xüsusi çəkilmiş…
►►►