SOCAR-ın prezidenti Rövşən Nəcəfin 27-ci “Türkmənistanın nefti və qazı – 2022” beynəlxalq sərgi və konfransında

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti 27-ci “Türkmənistanın nefti və qazı – 2022” beynəlxalq sərgi və konfransında iştirak etmək məqsədilə Türkmənistanın paytaxtı Aşqabad şəhərinə səfər edib.

“Türkmənistanın nefti və qazı – 2022″ beynəlxalq sərgi və konfransının “Enerjinin gələcəyi – yeni çağırışlar və imkanlar” mövzusunda keçirilən plenar sessiyasında çıxış edən Rövşən Nəcəf Azərbaycan ilə Türkmənistan arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafına zəmin yaradan mövcud müqavilə-hüquq bazasından bəhs edib, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun ölkələrimiz üçün neft-qaz sektorunda faydalı əməkdaşlıq baxımından yeni imkanlar açdığını vurğulayıb.

SOCAR prezidenti Cənub Qaz Dəhlizinin ölkəmiz ilə yanaşı, region ölkələri üçün də böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Bugünədək Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 32 milyon ton Türkmənistan neftinin dünya bazarlarına çıxarıldığını qeyd edən Rövşən Nəcəf, həmçinin SOCAR-ın neft-qaz sektorundakı çoxşaxəli fəaliyyəti, Xəzər hövzəsində malik olduğu imkanlar və uzunmüddətli strateji hədəfləri barədə danışıb.

Əlaqədar məqalələr
Energetika

Ötən ay Azərbaycan iqtisadiyyatına xarici investisiyalar 33,5 faiz artıb

Ötən ay Azərbaycan iqtisadiyyatına xarici investisiyalar 33,5 faiz artıb 2026-cı ilin…
►►►
Energetika

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql edilib

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql…
►►►
Energetika

Birjalarda neft qiymətləri

Birjalarda neft qiymətləri Dünya birjalarında neft ucuzlaşıb. Londonun ICE…
►►►