Unibank “Dayanıqlılıq / ESG” nominasiyası üzrə regionda birinci oldu
Unibank SME Banking Council 2026- Mərkəzi Asiya tədbiri çərçivəsində keçirilən regional reytinqdə “Sustainability / ESG” nominasiyası üzrə birinci yeri tutub.
Reytinq nəticələrinə əsasən, Unibank yalnız Azərbaycanı təmsil edən banklar arasında deyil, ümumilikdə region üzrə “Dayanıqlılıq” (Sustainability / ESG) istiqamətində ən yüksək nəticə göstərərək lider olub. Bank bu nominasiya üzrə yüksək bal toplayaraq, Qazaxıstan, Qırğızıstan və Özbəkistan banklarını qabaqlayıb.

“SME Banking Club” beynəlxalq platformasının araşdırmalarına əsasən, banklar bir neçə istiqamət üzrə qiymətləndirilib. Sustainability / ESG nominasiyasında qiymətləndirmə bankların dayanıqlılıq strategiyası, ESG yanaşması, dayanıqlı maliyyə həlləri, şəffaflıq, təqdimat və ekspert dəyərləndirməsi əsasında aparılıb.
“Unibank”ın bu uğuru Bankın son illərdə dayanıqlılıq sahəsində sistemli şəkildə həyata keçirdiyi işlərin nəticəsi kimi qiymətləndirilir. Bank dayanıqlılığı sadəcə sosial məsuliyyət istiqaməti kimi deyil, strateji idarəetmənin və biznes qərarlarının ayrılmaz hissəsi kimi qəbul edir. Bu yanaşma bankın yeni inkişaf mərhələsində əsas prioritetlərindən biridir.
Bankın dayanıqlılıq strategiyası və bu istiqamətdə görülən işlər haqqında daha ətraflı bankın rəsmi saytından (https://unibank.az/az/sustain/index) məlumat almaq olar.
Unibank — Sənin Bankın!








