Azərbaycanda “Made in Italy” Məhsullarının Keyfiyyəti və Mədəni İrsinə Həsr Olunmuş Altı Aylıq Proqram Başlayır

Bununla əlaqədər İtaliya Ticarət Agentliyi  mətbuat üçün Giardino Restaurant & Bar-da  qeyri-rəsm toplantı və nahar təşkil etdi.

Tədbirdə İtaliya Ticarət Agentliyi (ITA/ICE) Azərbaycanda orijinal İtaliya qida və içki məhsullarının təşviqinə həsr olunmuş altı aylıq geniş proqramın başladığını elan etdi.

Cari ilin iyul ayından dekabr ayınadək Bakıda keçiriləcək bu təşəbbüs çərçivəsində Made in Italy məhsullarının yüksək keyfiyyətini, orijinallığını və zəngin mədəni irsini nümayiş etdirən maarifləndirici, tanıtım və biznes yönümlü silsilə tədbirlər təşkil olunacaq.

Bu proqram İtaliya Ticarət Agentliyinin əsas vəzifəsinin yalnız İtaliya məhsullarının ixracını dəstəkləmək deyil, eyni zamanda Made in Italy anlayışının əsl mahiyyətini Azərbaycan ictimaiyyətinə daha yaxından tanıtmaq məqsədi daşıyır. Təşəbbüs çərçivəsində məhsulların tanıdılması ilə yanaşı, orijinal İtaliya məhsullarını fərqləndirən keyfiyyət, mənşənin izlənilə bilməsi, davamlı istehsal prinsipləri və autentiklik kimi əsas dəyərlər barədə məlumatlılığın artırılması hədəflənir.

Layihə çərçivəsində idxalçılar, distribyutorlar, pərakəndə satış şəbəkələri, HoReCa sektorunun nümayəndələri, aşpazlar, jurnalistlər, qida bloqerləri, tələbələr və istehlakçılar bir araya gələrək həm İtaliya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafına, həm də iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəklər. Proqram iştirakçıları İtaliyadan dəvət olunmuş mütəxəssislərlə görüşmək, maarifləndirici seminar və master-klasslarda iştirak etmək, ənənəvi istehsal üsulları ilə tanış olmaq, orijinal İtaliya məhsullarını tanımağı və onların qida dəyəri ilə mədəni əhəmiyyətini daha yaxından öyrənmək imkanı əldə edəcəklər.

Azərbaycan və İtaliya arasında qida və içki məhsulları üzrə əməkdaşlıq

İtaliya uzun illərdir Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında ticarət əlaqələrinin əsas hissəsini enerji sektoru təşkil etsə də, son illərdə İtaliya mənşəli qida və içki məhsullarının Azərbaycana idxalı davamlı artım nümayiş etdirir. Bu tendensiya Azərbaycan istehlakçılarının yüksək keyfiyyətli və premium məhsullara artan marağını əks etdirir.

Ölkəmizdə sağlam qidalanmaya marağın artması, istehlakçıların məhsul keyfiyyətinə daha həssas yanaşması və HoReCa sektorunun dinamik inkişafı orijinal İtaliya məhsullarına olan tələbatı daha da gücləndirib. İtaliya şərabı, makaronu, pendiri, zeytun yağı və digər ənənəvi məhsullar keyfiyyətin, təhlükəsizliyin və zəngin kulinariya ənənələrinin rəmzinə çevrilmişdir.

İtaliya mətbəxinin dünya miqyasında populyarlığının artması fonunda istehlakçıların həqiqi Made in Italy məhsulları təqlid məhsullardan ayırd edə bilməsi xüsusi əhəmiyyət kəsb edir. Etibarlı məlumatın təqdim edilməsi və istehlakçıların düzgün seçim etməsinə dəstək göstərilməsi bu təşəbbüsün əsas məqsədlərindəndir.

İtaliya mətbəxi – canlı mədəni irs

İtaliya mətbəxi sadəcə yemək reseptləri toplusu deyil. O, əsrlər boyu formalaşmış tarix, sənətkarlıq, biomüxtəliflik, regional ənənələr və birlikdə süfrə arxasında paylaşma mədəniyyətinin təcəssümüdür.

Bu mədəni irs yaxın zamanda İtaliya mətbəxinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsi ilə beynəlxalq səviyyədə ən yüksək qiymətləndirmələrdən birini qazanmışdır. Bu qərar təkcə İtaliyanın zəngin qastronomiya ənənələrini deyil, həm də onun kulinariya mədəniyyətinin sosial və mədəni əhəmiyyətini təsdiq edir. Orijinal İtaliya məhsullarını seçmək keyfiyyətə, davamlılığa, ənənələrə və nəsildən-nəslə ötürülən dəyərlərə hörmət göstərmək deməkdir.

İyul

“İtaliya Ekstra Sızma Təbii Zeytun Yağı”- italiya mətbəxinə həsr olunmuş masterklass

Zeytun Yağlarının Fərqi: Ekstra Sızma (Extra Virgin) zeytun yağı ilə pomas (pomace) zeytun yağı arasındakı əsas fərqlərə, onların sağlamlıq və kulinariya üstünlüklərinə yönəlmiş maarifləndirici sessiyalar.

ALMA Master-klassları: ALMA (The School of Italian Culinary Arts) mütəxəssisləri – aşpaz Bruno Ruffini və zeytun yağı üzrə ekspert Giovanni Allodi tərəfindən yerli aşpazlar, peşəkarlar və qida bloqerləri üçün praktiki nümayişlər.

Oktyabr

“İtaliya Şərabı “Great Steppe” (Böyük Çöl)-ü Birləşdirir “

“The Best Sommelier of the Great Steppe” Müsabiqəsi: Azərbaycanın aparıcı somelyeləri və şərab mütəxəssislərini bir araya gətirən nüfuzlu yarışma.

B2B Görüşlər və Dequstasiyalar: İtaliyanın 15 seçilmiş şərab istehsalçısı ilə yerli idxalçılar, distribyutorlar və HoReCa sektoru arasında yeni biznes əməkdaşlıqlarının qurulması üçün ikitərəfli görüşlər.

“Italian Flagged Products” Kampaniyası

Port Baku Bazar Kampaniyası: Mağaza daxilində sertifikatlaşdırılmış Made in Italy qida məhsulları üçün xüsusi İtaliya bayraqlı guşələr və nişanlar. Günlük rəhbərli dequstasiyalar, master-klasslar və müsabiqələr.

Noyabr “Dünyada İtaliya Mətbəxi Həftəsi”

Dünyada İtaliya Mətbəxi Həftəsi: Bakıda məşhur Mişelin ulduzlu italyan aşpazının iştirakı ilə qala şam yeməkləri, kulinariya nümayişləri və rəsmi tədbirlər.

Dekabr “İtaliya Yeni İl Şirniyyatları”

Panettone və Bayram Ənənələri: İtaliyanın zəngin bayram şirniyyatlarına həsr olunmuş yekun tədbir. Jurnalistlər və istehlakçılar üçün premium qənnadı məhsullarının təqdimatı və paylaşma mədəniyyətinin nümayişi.





Əlaqədar məqalələr
City Life

AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi

AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi AccessBank…
►►►
City Life

Azərbaycan Hava Yolları Milli Mətbuat Günü münasibətilə....

Azərbaycan Hava Yolları Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün…
►►►
City Life

Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik edir

Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik…
►►►