“AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib 

“AzerGold” QSC tərəfindən Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) işə qəbul prosesi çərçivəsində növbəti kütləvi test imtahanı keçirilib.

Müxtəlif vəzifə və peşələr üzrə elan edilmiş vakant yerlərə müraciət edən namizədlərin tam elektronlaşdırılmış sistem vasitəsilə şəffaf və obyektiv qiymətləndirilməsi məqsədilə təşkil olunan imtahanda Daşkəsən, Göygöl və ətraf rayonlardan ümumilikdə 168 nəfər iştirak edib. Test mərhələsində namizədlərin ümumi dünyagörüşü, sadə məntiqi düşünmə bacarıqları, eləcə də müraciət etdikləri vəzifələr üzrə peşə bilikləri qiymətləndirilib.

Test imtahanını uğurla başa vuran namizədlər növbəti mərhələ – “AzerGold” QSC-nin İşə qəbul komissiyası tərəfindən keçiriləcək müsahibədə iştirak hüququ qazanacaqlar. Müsahibənin nəticələri və Komissiya üzvlərinin rəyləri əsasında aktiv vakansiyalar üzrə uyğun namizədlərin yekun seçimi həyata keçiriləcək.

Xatırladaq ki, “AzerGold” QSC-də işə qəbul üzrə müraciətlər yalnız rəsmi internet səhifəsi vasitəsilə qəbul edilir. Namizədlər mövcud vakant vəzifələr barədə məlumatı “Karyera” bölməsinin “Vakansiyalar” altbölməsindən əldə edə, şəxsi kabinet yaradaraq elektron qaydada müraciət edə bilərlər.

Qeyd edək ki, hazırda “AzerGold” QSC və onun törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-də ümumilikdə 1 397 nəfər əməkdaş çalışır. Şirkətin hasilat və istehsalat sahələrində çalışan işçilərin 80 faizini Daşkəsən və ətraf rayonların sakinləri təşkil edir. Bununla yanaşı, “AzerGold” QSC və onun törəmə şirkətlərinin əməkdaşlıq etdiyi uzunmüddətli podratçı şirkətlər vasitəsilə işlə təmin olunan vətəndaşların sayı 2 590 nəfərə çatır.

Əlaqədar məqalələr
City Life

AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi

AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi AccessBank…
►►►
City Life

Azərbaycan Hava Yolları Milli Mətbuat Günü münasibətilə....

Azərbaycan Hava Yolları Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün…
►►►
City Life

Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik edir

Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik…
►►►