BOKT “EMBAFİNANS” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

17 iyul 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “EMBAFİNANS” QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 30.07.2026-cı il tarixində keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adıBOKT “EMBAFİNANS” QSC
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ2016020607
İstiqrazın növü və formasıFaizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu / formasıKütləvi / Birqiymətli Hərrac
İstiqrazların sayı40,000 (ədəd)
İlkin ticarət qiyməti100 manat
İstiqrazların buraxılış həcmi4,000,000 manat
İllik gəlirlilik faizi13%
Ödəmə perioduİlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üc) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti12 ay
Ticarətə buraxılma tarixi30.07.2026
Anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC