Bank VTB (Azərbaycan) müsbət mənfəət göstəricilərini nəzərə alaraq nizamnamə kapitalının strukturunun tənzimlənməsi ilə bağlı qərar qəbul edib

Bank VTB (Azərbaycan) ASC-nin kreditorlarının nəzərinə 

Bank VTB (Azərbaycan) ASC kapital strukturunun optimallaşdırılması istiqamətində növbəti addım atıb. Bankın Səhmdarlarının 3 iyul 2026-cı il tarixində keçirilmiş Ümumi Yığıncağında qanunvericiliyin tələblərinə uyğun olaraq bankın nizamnamə kapitalının 94 744 500 manatadək azaldılması barədə qərar qəbul edilib.

Qərar bankın kapital strukturunun cari maliyyə göstəricilərinə uyğunlaşdırılması və səhmdarlara dividend ödənilməsi üçün  Azərbaycan Respublikasının qanunvericiliyinin müvafiq tələblərinə  uyğun qəbul edilib. Bankın mövcud nizamnamə kapitalının müəyyən edilmiş normadan dəfələrlə artıq olması bu növ qərarın qəbul olunmasını mümkün edib.  

Bununla əlaqədar olaraq 2020-ci ilədək formalaşmış və artıq ödənilmiş zərərin formal uyğunlaşdırılmasına dair qərar verilib. Sözügedən dəyişiklik bankın cari fəaliyyəti, maliyyə dayanıqlığı, müştərilər qarşısında öhdəlikləri, eləcə də təqdim etdiyi məhsul və xidmətlərə heç bir təsir göstərmir. Bankın normativ göstəriciləri müvafiq qanunvericiliklə müəyyən edilmiş tələblərə tam uyğundur. 

Qeyd edək ki, Bank VTB (Azərbaycan) 2020-ci ildən etibarən ardıcıl olaraq hər maliyyə ilini mənfəətlə başa vurur və son altı il ərzində sabit müsbət maliyyə dinamikasını qoruyub saxlayır. 

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 105.2-ci maddəsinə əsasən, Bank VTB (Azərbaycan) ASC-nin kreditorları bu məlumatın dərc edildiyi tarixdən etibarən 30 (otuz) təqvim günü ərzində mövcud tələblərini banka təqdim etmək hüququna malikdirlər.

Müraciətlər aşağıdakı ünvana təqdim edilə bilər:

AZ1025, Bakı şəhəri, Xətai prospekti 38.