Kaspersky: istirahət mövsümü ilə əlaqədar dələduzlar xarici mobil operatorları təqlid edirlər

Turizm mövsümünün pik dövründə səyahətçilər arasında mobil telefon və internet xidmətlərinə tələbat əhəmiyyətli dərəcədə artır. Bununla yanaşı fırıldaqçılıqla qarşılaşma riski də yüksəlir: Kaspersky mütəxəssislərinin məlumatına görə, dünyanın müxtəlif ölkələrində SİM kart və mobil telefon xidmətləri müştərilərinə yönəlmiş fırıldaqçılıq sxemləri geniş yayılıb. Fırıldaqçılar rəsmi resurslardan demək olar ki, seçilməyən saxta veb-saytlar yaradaraq əsas regional və beynəlxalq operatorları təqlid edirlər. Onların məqsədi istifadəçilərin şəxsi və maliyyə məlumatlarını ələ keçirmək, sonra isə pul oğurlamaq və ya əldə edilən məlumatlardan fırıldaqçılıq və ya hesab sındırma kimi digər hücumlarda istifadə etməkdir.

Saxta veb-sayt nümunələri

Aşkarlanmış halların birində hücumçular Avropa, Asiya, Afrika və Okeaniyada fəaliyyət göstərən Britaniya telekommunikasiya şirkəti “Vodafone”un adından istifadə ediblər. Saxta veb-saytlarda istifadəçilərdən telefon nömrələrini və giriş məlumatlarını daxil etmələri istənilir. Bu veb-saytlardan biri orijinal “Vodafone” giriş səhifəsinin demək olar ki, tam oxşarı olub və bu da onu aşkarlamağı olduqca çətinləşdirib. Bu cür resurslarda giriş və ya ödəniş məlumatlarını daxil etmək pul itkisinə, hesabların oğurlanmasına, spam və saxta zənglərin artmasına gətirib çıxara bilər.

Mütəxəssislər həmçinin Şimali Afrika, Yaxın Şərq və Cənub-Şərqi Asiyada fəaliyyət göstərən beynəlxalq telekommunikasiya şirkəti “Ooredoo” və Asiya operatoru “The Singtel Group”un veb-saytlarını təqlid edən fişinq səhifələrini aşkar ediblər. Bu saytlarda istifadəçilərə mobil internet hesablarını artırmaq təklif olunub, əslində isə hücumçular şəxsi məlumatları və bank kartı məlumatlarını ələ keçiriblər.

“Fırıldaqçılar saxta səhifələr yaratmaq üçün süni intellektdən fəal şəkildə istifadə edir, istifadəçilərin ən populyar maraqlarını istismar edirlər. Biz müntəzəm olaraq idman tədbirləri, musiqi konsertləri, mövsümi endirimlər və bayramlarla üst-üstə düşən fırıldaq sxemləri ilə qarşılaşırıq. Turizm mövsümünün ən fəal dövründə telekommunikasiya sənayesi də istisna olmayıb. Məlumatlarınızı və pulunuzu qorumaq üçün mobil tariflər və ya internet paketləri onlayn alarkən diqqətli olun. Saxta telekommunikasiya operatoru veb-saytlarından qaçınmağın bir yolu eSIM-dən istifadə etmək və onu rəsmi tətbiq vasitəsilə almaqdır: bu, şübhəli veb-saytlara şəxsi məlumatların daxil edilməsi ehtiyacını aradan qaldırır. Əgər veb-saytın həqiqiliyinə şübhə edirsinizsə, brendin adını birbaşa axtarış sistemi vasitəsilə yoxlayın və fişinq linklərini bloklayan təhlükəsizlik həllindən istifadə edin”, – deyə Kaspersky şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisi Tatyana Kulikova tövsiyə edir.

“Azərbaycan sakinləri xaricə səyahət edərkən mobil internetdən fəal şəkildə istifadə edirlər. Sərfəli tarif və ya eSIM-i əvvəlcədən seçmək istəyi tamamilə təbiidir, lakin fırıldaqçılar tez-tez məhz bundan sui-istifadə edirlər. Qurbana çevrilməmək üçün eSIM-ləri yalnız operatorların və ya etibarlı provayderlərin rəsmi tətbiqləri və veb-saytları vasitəsilə almaq və şəxsi və ya ödəniş məlumatlarını daxil etməzdən əvvəl veb-sayt ünvanını diqqətlə yoxlamaq vacibdir”, – deyə Kaspersky şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edir.

“Başqa bir ölkəyə səyahət edərkən mobil bağlantı tez-tez narahatlıq doğurur: rouminq xərcləri baha ola bilər və yerli SİM kart almaq isə müəyyən risklərlə üz-üzə qoyur. Xüsusilə, belə hallarda cinayətkarlar istifadəçilərin şəxsi məlumatlarını və ya pullarını oğurlamaq üçün tanınmış mobil operatorların veb-saytlarını təqlid edən saxta resurslar yarada bilərlər. Buna görə də, əvvəlcədən, hətta yola düşməzdən əvvəl eSIM seçməyi, almağı və aktivləşdirməyi tövsiyə edirik. Bu, sizə ünvana çatdıqdan dərhal sonra mobil internetdən istifadə etməyə, lazımsız rouminq xərclərindən yayınmağa və fırıldaqçılıqla qarşılaşma ehtimalını azaltmağa imkan verəcək”, – deyə Kaspersky-nin İstehlakçı biznesi departamentinin direktoru Marina Titova bildirir.

Kaspersky mütəxəssisləri aşağıdakı təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edirlər:

  • hər hansı bir məlumatı daxil etməzdən əvvəl veb-saytları diqqətlə yoxlayın. Yazı səhvlərinə, əlavə simvollara və fərqli domenlərə fikir verin;
  • e-poçtla gələn linklərə və əlavələrə etibar etməyin. Əlavəni açmazdan əvvəl göndərəni təkrar-təkrar yoxlayın;
  • xaricdə internetə daxil olmaq üçün eSIM-dən istifadə edin. Rəqəmsal SIM kartları rəsmi tətbiqlər vasitəsilə aktivləşdirmək daha yaxşıdır – bu, fiziki SIM kart almaq ehtiyacını aradan qaldırır;
  • fişinq və zərərli veb-saytları bloklayacaq etibarlı təhlükəsizlik həllərindən istifadə edin.
Əlaqədar məqalələr
Elm / Texnologiya

“SİMA İmza”nın üztanıma həlli kirayə mənzilseçimində tətbiq olunacaq

“SİMA İmza”nın üztanıma həlli kirayə mənzilseçimində tətbiq olunacaq SİMA…
►►►
Elm / Texnologiya

Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir

Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start…
►►►
Elm / Texnologiya

Elektron imzanı başqasına vermək hansı riskləri yaradır?

Elektron imzanı başqasına vermək hansı riskləri yaradır? Hüquqi şəxslərin (şirkət…
►►►