Evdə və işdə müdafiə: Kaspersky məhsulları 2026-cı ildə “SE Labs” sınaqlarına əsasən dörd ədəd illik mükafat əldə edib

2026-cı ildə Kaspersky ardıcıl səkkizinci il rüblük “SE Labs” sınaqlarının yekunlarına əsasən yüksək nəticələr əldə edib. Fərdi istifadəçilər üçün Kaspersky Premium, kiçik biznes üçün Kaspersky Small Office Security və böyük müəssisələr üçüns Kaspersky Security for Business həlləri dörd kateqoriyada mükafat qazanıb:

  • “Kaspersky Premium”: istifadəçi cihazlarının və məlumatlarının zərərli proqramlardan ən yaxşı müdafiəsi (Home Anti-Malware WINNER 2026) və fərdi istifadəçilərin müdafiəsinin inkişafına töhfə (Consumer Security Development WINNER 2026); 
  • “Kaspersky Small Office Security”: kiçik biznes üçün “Windows” əməliyyat sistemi ilə çalışan son cihazların ən yaxşı müdafiəsi (Small Business Endpoint for Windows WINNER 2026);
  • “Kaspersky Security for Business”: böyük müəssisələr üçün “Windows” əməliyyat sistemi ilə çalışan son cihazların ən yaxşı müdafiəsi (Enterprise Endpoint for Windows WINNER 2026). 

SE Labs Awards – istifadəçilərin və biznesin qorunmasında ən yüksək effektivliyi nümayiş etdirən təhlükəsizlik həllərinə illik təqdim olunan mükafatdır. Qaliblər il ərzində həll sınaqlarının nəticələri, şəxsi qiymətləndirmələr və “SE Labs”ın korporativ müştərilərindən gələn rəylərin kombinasiyası əsasında müəyyən edilir. Mükafatlandırma mərasimi 11 iyun 2026-cı ildə Londonda illik “SE Labs” konfransı çərçivəsində baş tutub. Tədbirdə informasiya təhlükəsizliyi bazarındakı aparıcı tərtibatçılar kibertəhlükəsizlik sənayesinin üzləşdiyi mövcud çətinlikləri və təhlükəsizlik həllərinin sınaq metodologiyalarını müzakirə etmək üçün bir araya gəliblər.

“Əldə edilmiş mükafatlar Kaspersky-nin həm korporativ, həm də fərdi istifadəçilər üçün yüksək keyfiyyətli müdafiə təmin etmək öhdəliyini təsdiqləyir. Beynəlxalq şirkət və aparıcı informasiya təhlükəsizliyi təchizatçısı olaraq, bütün istifadəçilər üçün təhlükəsiz rəqəmsal mühit yaratmaq səylərimizin müstəqil sınaq laboratoriyası “SE Labs”ın nüfuzlu mükafatları ilə təsdiqlənməsi faktını olduqca vacib hesab edirik”, – deyə Kaspersky-nin Təhdid tədqiqatları bölməsinin rəhbəri Aleksandr Liskin bildirib.

Kaspersky həlləri müntəzəm olaraq “Ümumi müdafiə səmərəliliyi” (Total Accuracy Rating) reytinqində ən yüksək nəticələri əldə edir:

  • “Kaspersky Premium” (2024-cü ilin 4-cü rübündən) və “Kaspersky Plus” (2024-cü ilin 4-cü rübünə qədər): 2025-ci ildə üç, 2024-cü ildə dörd, 2023-cü ildə dörd və 2022-ci ildə üç sınaq nəticələrinə əsasən 2026-cı ilin 1-ci rübündə “Total Accuracy Rating” üzrə birinci yer.
  • “Kaspersky Small Office Security”: 2025-ci ildə üç, 2024-cü ildə dörd, 2023-cü ildə üç və 2022-ci ildə üç sınağın nəticələrinə əsasən 2026-cı ilin 1-ci rübündə “Total Accuracy Rating” üzrə birinci yer.
  • “Kaspersky Security for Business”: 2025-ci ildə üç, 2024-cü ildə dörd, 2023-cü ildə üç və 2022-ci ildə üç sınağın nəticələrinə əsasən 2026-cı ilin 1-ci rübündə “Total Accuracy Rating” üzrə birinci yer.

“İllik ‘SE Labs Awards’ mükafatlandırılması çərçivəsində sistem təhlükəsizliyinə real töhfə verən informasiya təhlükəsizliyi təchizatçılarını təltif edirik”, – deyə “SE Labs” şirkətinin təsisçisi və baş direktoru Saymon Edvards bildirib. “Bu mükafatların əldə edilməsi əhəmiyyətli nailiyyətləri nümayiş etdirir: onlar təkcə məhsulların sınaqlarımızdakı üstün performansını deyil, həm də təhlükəsizlik texnologiyaları üzərində işləyən komandaların öhdəliyini əks etdirir. Kaspersky-ni təbrik edirik!”

2013-cü ildən 2025-ci ilə qədər Kaspersky 1100-dən çox müstəqil sınaqda iştirak edərək 861 dəfə birinci yeri qazanıb və 965 dəfə ilk üçlüyə daxil olub ki, bu da rəqiblərindən daha yüksək göstəricidir.

Kaspersky məhsulları tərəfindən “SE Labs” və digər təşkilatlardan alınan mükafatlar haqqında daha ətraflı buradan öyrənə bilərsiniz.