VTB-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir

11 Sentyabr 2026-cı il tarixində “Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir.

Tədbir Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən bankın Baş ofisində saat 12:00-da baş tutacaq.

İclasın gündəliyində aşağıdakı məsələlərə baxılacaq:

1. “VTB Bank (Azərbaycan)” ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının katibinin seçilməsi haqqında.

2. “VTB Bank (Azərbaycan)” ASC-nin Müşahidə Şurasının tərkibi haqqında.