Sabahdan ölkəmizin paytaxtında “Bakı Alış-Veriş Festivalı” başlayır

Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) təşkilatçılığı və Kapital Bankın dəstəyi ilə ölkəmizin paytaxtında sabahdan “Bakı Alış-Veriş Festivalı” (Baku Shopping Festival) keçiriləcək.

“Bakı Alış-Veriş Festivalı” 6-20 noyabr tarixlərində təşkil olunur və şəhərimizin seçilən Ticarət Mərkəzlərini, eləcə də şəhər mağazalarını əhatə edəcək.

Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Fərid Novruzinin sözlərinə görə, “Bakı Alış-Veriş Festivalı”-nın keçirilməsində məqsəd, bu sahədə fəaliyyət göstərən sahibkarların fəaliyyətinə dəstək verməklə yanaşı, istehlakçılar üçün brend geyimləri daha sərfəli və əlçatan etməkdən ibarətdir.

“Assosiasiya olaraq bu bizim ilk müştərək işimizdir, əgər festivalın nəticələri gözləntilərimizi doğrultsa, gələcəkdə belə tədbirlərin və festivalda təmsil olunan dünya brendlərinin sayı artırılacaq. Müşayiət olunan turizm axınına dəstək və ölkə iqtisadiyyatının inkişafına tövhə vermək “Bakı Alış-Veriş Festivalı”-nın məqsədlərindəndir”, – Fərid Novruzi deyib.

Festivalda 68 dünya geyim brendi iştirak edir. Alıcılara brenddən asılı olaraq 20%-dən 50%-ə qədər endirimlər, eləcə də, xüsusi endirim aksiyaları və endirim kuponları təklif ediləcək.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►