Uzunömürlü və keyfiyyətli havalandırma, isitmə və soyutma sistemləri

Azərbaycanda bir çox binalarda “Airvent” MMC-nin havalandırma, isitmə, izolyasiya və s. sistemlərinin avadanlıqları quraşdırılıb. Dövlət Gömrük Komitəsinin yeni tikilən binasını havalandırma, qazanxana, yanğın, izolyasiya, su ve drenaj sistemləri, Yasamal və Hövsandakı sosial binaların su ve drenaj sistemləri, “Bravo” marketlər şəbəkəsinin bir çox filiallarının havalandırma, izolyasiya və yanğın sistemləri avadanlıqları ilə “Airvent” şirkəti təchiz edib. “Airvent”in belə sistemlərlə təchiz etdiyi obyekt və binalar arasında Xanoba Gömrük Postu, Basqal və Şabran otelləri, Xəzər sahilindəki “Sea breeze” massivindəki “Lighthouse” və “Park Residence” kimi yaşayış binaları, “Fairmont” hotel, Crescent Business Center və s. var.
“Airvent” MMC-nin təsisçisi və direktoru Rusif Tahirov müsahibəsində fəaliyyət istiqamətləri ilə bağlı daha geniş məlumat verib.

  • Rusif müəllim, “Airvent”in fəaliyyət istiqamətləri nələrdən ibarətdir? Şirkət müştərilərinə hansı xidmətləri və məhsul çeşidlərini təqdim edir?

“Airvent” MMC olaraq Azərbaycanın daxili bazarında havalandırma və izolyasiya, isitmə və soyutma, yanğından mühafizə, su və drenaj sistemləri məhsullarının topdan və pərakəndə satışını təşkil edirik. “Airvent” 2015-ci ildən Avropa və Türkiyədən “Faf vana”, “Klepsan”, “Pakkens”, “Trakya dokum”, “Ode”, “Kayse”, “Tyco” və s. markaların məhsullarını ölkəmizə idxal edərək müştərilərinə təklif edir. Biz əməkdaşlıq etdiyimiz şirkətlərin şəbəkəsini genişləndirməyə, müştərilərimizə daha keyfiyyətli və münasib qiymətlərlə məhsullar təqdim etməyə çalışırıq. Müştərilərimiz arasında sənaye müəssisələri, hotellər, xəstəxanalar, ticarət mərkəzləri, məktəblər, dövlət müəssisələri və idarələri, yaşayış kompleksləri və s. var. Biz bütün müştərilərimizə uzunömürlü, keyfiyyətli, sağlam və sərfəli qiymətlərə olan havalandırma, isitmə və soyutma sistemlərini təklif edirik.

  • Satışdan əlavə quraşdırılma işlərini də həyata keçirirsiniz? Quraşdırılma üçün tələb olunan avadanlıqları haradan idxal edirsiniz?

Malları Türkiyə, Çin və İtaliyadan idxal edirik. Biz əsasən, məhsulların satışını həyata keçiririk. Məhsullarımız müştərilərimizə müəyyən zəmanət müddəti ilə verilir. Ehtiyac olarsa, təcrübəli ustalar, mühəndislər tərəfindən quraşdırma işləri də aparılır. Bununla yanaşı, müştərilər qarşılıqsız olaraq “Airvent” şirkətinin tövsiyə (Consulting) xidmətindən yararlana bilərlər.

  • Bazarda rəqabət apara biləcəyiniz şirkətlərin sayı az deyil. Bu baxımdan sizin təqdim etdiyiniz qiymətlər müştəri üçün münasibdir?

Əsas hədəfimiz daha yüksək xidmətlər göstərmək, xidmətlərimizi müştərilərimiz üçün iqtisadi baxımdan daha effektiv etməkdir. Daha çox şirkətə ucuz qiymətə keyfiyyətli məhsul satmaq bizim əsas məqsədlərimiz sırasındadır. Fikrimcə, bizim qiymətlər müştərilər üçün çox münasibdir. Nəzərə alaq ki, biz yerli bazardan məhsul alaraq onu müştərilərə satmırıq. Sistemlərin quraşdırılması üçün lazım olan bütün məhsulları birbaşa istehsal müəssisəsindən alaraq ölkəyə idxal edir və onların rəsmi satışını həyata keçiririk. Buna görə də qiymətlərimiz münasibdir.

  • Eyni profilli istiqamət üzrə bazarda kifayət qədər xidmət təklif edən şirkət var. Müştəri belə bir rəqabət şəraitində niyə görə sizə üz tutmalıdır? “Airvent”ə müraciət edən müştərilər hansı üstünlüklər qazanırlar?

“Airvent” MMC olaraq, sektorda geniş bir məhsul çeşidi ilə paket tipli həllər təklif edir və ən asan yolu ən yaxşı şəkildə əldə etməyə imkan yaradırıq. Geniş məhsul çeşidlərin təqdim edilməsi, ehtiyac anında təslimat bizim üstünlüklərimizdir. Məhsul və xidmətlərin keyfiyyəti işçilərimizin gördüyü işlərin keyfiyyətindən başlayır. Bizə müraciət edən müştəri ən yaxşı komandadan ən yaxşı xidməti əldə edir. Keyfiyyətli xidmətlə yanaşı, operativ xidmət göstərməyimiz bizim ən əsas fərqləndirici üstünlüyümüzdür. Anbarlarda məhsullarımız olduğundan sifarişi aldıqdan dərhal sonra xidmət göstərməyə başlayır, məhsulları ünvanlara çatdırırıq.

  • Şirkətin müştərilərinin məmnunluq səviyyəsi necədir?

Şirkətimizə edilən müraciətlər onu göstərir ki, bütün müştərlərimiz xidmətlərin səviyyəsindən məmnun qalır. Məhsulları vaxtında, gecikmədən ünvana çatdırır, onun heç bir problem olmadan, təminatla quraşdırılmasını həyata keçiririk. Xidmət göstərdiyimiz sahəyə aid olan bütün mal və avadanlıqlar şirkətimizin anbarında mövcud olduğundan müştəri bütün sifarişini bir ünvandan qəbul edə bilir.


Xəyyam GÜNƏŞLİ

Əlaqədar məqalələr
Tikinti

Sea Breeze nüfuzlu “World Architecture Festival 2024” siyahısında

Sea Breeze nüfuzlu “World Architecture Festival 2024” siyahısında Beynəlxalq Memarlıq…
►►►
Tikinti

AZPROMO "Rebuild Karabakh" sərgisində təmsil olunur

AZPROMO “Rebuild Karabakh” sərgisində təmsil olunur Stenddə Azərbaycanın biznes…
►►►
Tikinti

Xəzər İnşaat Həftəsinə 1 gün qaldı

Xəzər İnşaat Həftəsinə 1 gün qaldı Regionun inşaat sahəsində önəmli tədbiri olan…
►►►