“Baku International CEO Summit”də dövlət-özəl əməkdaşlığının inkişafı və korporativ idarəetmənin gücləndirilməsi müzakirə edilib

Bakıda ilk dəfə olaraq “Baku International CEO Summit” keçirilir.

Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanın 2030-cu il üçün Milli Prioritetlərində dövlət-özəl əməkdaşlığının inkişafı və korporativ idarəetmənin gücləndirilməsi məsələlərinə önəm verildiyini qeyd edib, bu istiqamətdə KOBİA-nın fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, KOBİA dövlət-özəl əməkdaşlığı layihələrinin inkişaf etdirilməsində maraqlıdır. Korporativ idarəetmə prinsipləri isə biznesin rəqabətqabiliyyətliyini və kommersiya dəyərini artıran bir vasitədir. Bu baxımdan biznes subyektlərinin bu siyasətə cəlb edilməsi, o cüməldən biznesdə korporativ idarəetmənin təkimilləşdirilməsi əhəmiyyətlidir. Biznes subyektləri arasında məlumatlılığın kifayət qədər olmaması korporativ idarəetmə məsələlərinin inkişafına təsir edir. Buna görə də korporativ idarəetmə və dayanıqlı inkişaf mövzularında bütün maraqlı tərəflərin məlumatlılığını artırmaq məqsədilə çoxşaxəli maarifləndirmə tədbirlərinin həyata keçirilməsi vacibdir. KOBİA tərəfindən ölkəmizin müxtəlif şəhər və rayonlarında yaradılmış KOB inkişaf mərkəzlərində sahibkarlar üçün təşkil edilən təlimlər və praktik məsləhət xidmətləri korporativ idarəetmənin təşviqi və inkişafı üçün əhəmiyyətlidir. 2021-ci ildən etibarən KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə start verilib. KOBİA tərəfindən həyata keçirilən bu dəstək tədbiri yeni mexanizmlərin və innovativ layihələrin həyata keçirilməsi, sahibkarların fəaliyyətinə təsir edən faydalı model və texnoloji yeniliklərin elmi cəhətdən öyrənilməsi və tətbiqi baxımından əhəmiyyətlidir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►