“AzInTelecom” və DOST Agentliyi həssas əhali qrupu ilə bağlı yeni layihəyə start verir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC həssas əhali qrupuna aid olan vətəndaşların rəqəmsal xidmətlərə əlçatanlığının artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) ilə birgə yeni layihəyə start verib.

Layihənin məqsədi DOST mərkəzlərinə müraciət edən vətəndaşların “AzInTelecom” MMC-nin yaratdığı SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə heç yerə getmədən dövlət xidmətlərindən faydalanması istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir.

Layihə çərçivəsində ilk olaraq agentliyin “Könüllü DOST” proqramının seçilmiş iştirakçılarına “AzInTelecom” MMC-nin mütəxəssisləri təlim keçiblər.

Təlimi uğurla bitirən könüllülər DOST mərkəzlərinə gələn həssas əhali qrupuna aid vətəndaşlara SİMA və onun vasitəsilə əldə edəcəkləri xidmətlər haqda məlumat verəcəklər. Həmçinin SİMA tətbiqinin mobil cihaza yüklənilməsi və qeydiyyatdan keçərək rəqəmsal imzanın əldə edilməsində dəstək olacaqlar.

Qeyd edək ki, hazırda 12-si dövlət qurumu olmaqla, ümumilikdə 70-dən çox müəssisənin SİMA yeni nəsil rəqəmsal imza ilə inteqrasiyası davam etdirilir.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Avtopilot alıcıları Tesla-ya cəlb etmək əvəzinə daha çox uzaqlaşdırır

Avtopilot alıcıları Tesla-ya cəlb etmək əvəzinə daha çox uzaqlaşdırır Bu ay 8000…
►►►
Elm / Texnologiya

Yelo Bank ICPC Dünya Finalının bank tərəfdaşıdır

Yelo Bank ICPC Dünya Finalının bank tərəfdaşıdır Bu il paytaxtımız dünyanın ən…
►►►
Elm / Texnologiya

ABB Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinə tərəfdaşlıq dəstəyi verir

ABB Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinə tərəfdaşlıq dəstəyi verir 31 avqust – 5…
►►►