“Reklam və nəşriyyat müəssisələri ilə iş” komissiyasının iclası keçirilib

Noyabrın 18-də Azərbaycan Sahibkarlar Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Reklam və nəşriyyat müəssisələri ilə iş” komissiyasının iclası keçirilib. Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində keçirilən iclasın mövzusu “Sahibkarlıq fəaliyyətinə dövlət dəstəyi mexanizmləri”nə həsr olunub.

“Reklam və nəşriyyat müəssisələri ilə iş” komissiyasının sədri Tural Mustafayev bildirib ki, komissiyaya daxil olan müraciətlər əsasında dövlət dəstək mexanizmləri haqqında məlumat səviyyəsinin azlığı diqqət çəkir. Bu səbəbdən də sahibkarları maraqlandıran məsələlər komissiyanın iclasının gündəliyinə daxil edilib.

“Sahibkarlıq fəaliyyətinə dövlət dəstəyi mexanizmləri” mövzusunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Bilik və Bacarıqlarının çıxışına dəstək şöbəsinin müdiri Elməddin Hacıyev çıxış edib.

Sonra sahibkarlar xarici dövlətlərdə keçirilən istehsalat təcrübələri və “Birgə İnvest” layihəsi ilə bağlı suallar veriblər.

İclas müzakirələrlə davam edib.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►