Tatarıstanın Baş nazirinin müavini AZPROMO-da olub

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Baş nazirinin müavini, Tatarıstan Respublikasının sənaye və ticarət naziri Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri və hədəfləri, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, Bakıda keçirilən Azərbaycan-Tatarıstan biznes forumunun iş adamları arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına töhfə verəcəyini vurğulayıb.

Tatarıstan Respublikasının Baş nazirinin müavini, Tatarıstan Respublikasının sənaye və ticarət naziri Oleq Korobçenko ölkəsinin Azərbaycanla tərəfdaşlığa önəm verdiyini qeyd edib, Tatarıstan-Azərbaycan iqtisadi əlaqələrinin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə Azərbaycan məhsullarının ixracı, investisiya və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / BiznesROCKVELL LADY

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start…
►►►
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►