SOCAR-ın prezidenti Rövşən Nəcəfin Türkənistanın “Türkmənqaz” Dövlət Konserninin sədri Batır Amanov və “Türkmənnebit” Dövlət Konserninin sədri Quvanc Aqacanov ilə görüşünə dair məlumat

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 2022-ci il noyabrın 29-da Türkənistanın “Türkmənqaz” Dövlət Konserninin sədri Batır Amanov və “Türkmənnebit” Dövlət Konserninin sədri Quvanc Aqacanov ilə görüşüb.

Görüşdə Azərbaycan və Türkmənistan arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda qarşılıqlı əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb.

Görüş çərçivəsində SOCAR ilə “Türkmənqaz” və “Türkmənnebit” Dövlət Konsernləri arasında səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, tərəflər arasında xam neftin emalı, ticarəti, nəqli və digər sahələrdə əməliyyatların müvəffəqiyyətlə həyata keçirildiyi qeyd edilib.

Görüşdə, həmçinin mövcud və perspektiv imkanlar müzakirə edilib, birgə əməkdaşlığa dair müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əlaqədar məqalələr
Energetika

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql edilib

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql…
►►►
Energetika

Birjalarda neft qiymətləri

Birjalarda neft qiymətləri Dünya birjalarında neft ucuzlaşıb. Londonun ICE…
►►►
Energetika

Maye qazın istehsal həcmi artıb

Maye qazın istehsal həcmi artıb Bu ilin yanvar-oktyabr aylarında ölkədə 190 min ton maye…
►►►