Neft sənayesi işçilərinə yüksək dövlət təltifləri təqdim olunub

30 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə yüksək dövlət təltiflərinə layiq görülən neft sənayesi işçilərinə orden və medalların təqdim edilməsi mərasimi keçirilib.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf ölkəmizdə bütün sahələrdə olduğu kimi, neft-qaz sənayesi işçilərinin də hər zaman ölkə başçısının yüksək diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib.

SOCAR prezidenti əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və xoş bir ənənəyə çevrilən neftçilərin dövlət səviyyəsində təltif olunmasının Azərbaycan neftçilərinin əzmkar və fədakar fəaliyyətinin yüksək qiymətləndirilməsinin təzahürü olduğunu qeyd edib.

Təltif olunan bütün neftçiləri təbrik edən Rövşən Nəcəf onların fəaliyyətini və neft-qaz sənayesinin inkişafını hər zaman diqqət mərkəzində saxlayan ölkə başçısına Azərbaycan neftçiləri adından dərin minnətdarlığını ifadə edib.

Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif edilən neftçilərə orden və medallar təqdim olunub.

Əlaqədar məqalələr
Energetika

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql edilib

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql…
►►►
Energetika

Birjalarda neft qiymətləri

Birjalarda neft qiymətləri Dünya birjalarında neft ucuzlaşıb. Londonun ICE…
►►►
Energetika

Maye qazın istehsal həcmi artıb

Maye qazın istehsal həcmi artıb Bu ilin yanvar-oktyabr aylarında ölkədə 190 min ton maye…
►►►