Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının yaradılması haqqında Saziş imzalanıb

Dekabrın 19-da Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 7-ci iclası keçirilib.

İclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Səudiyyə Ərəbistanı Palataları Federasiyası arasında Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının yaradılması haqqında Saziş də imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin səri Orxan Məmmədov və Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədri Əhməd Əl Dakhil imzalayıblar.

Hər iki ölkədən biznes icmalarının nümayəndələrinin təmsil olunacağı Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası sahibkarların təşəbbüslərini dəstəkləyəcək, iş adamları arasında birbaşa tərəfdaşlıq əlaqələrinin qurulmasına, qarşılıqlı səfərlərin, görüşlərin, seminar, dəyirmi masa və digər tədbirlərin təşkilinə kömək edəcək, biznes dairələri arasında informasiya mübadiləsini həyata keçirəcəkdir.

Komissiyanın iclasındakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOBİA və Səudiyyə Ərəbistanın müvafiq qurumları arasında əməkdaşlığa dair məlumat verib, KOBİA-nın ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi üçün fəaliyyətini davam etdirəcəyini, Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının biznes icmaları arasında əməkdaşlığı inkişaf etdirməklə ticarət əlaqələrinin daha da gücləndirilməsinə töhfə verəcəyini vurğulayıb. 

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►