2023-cü ildən vergi və hüquq qanunvericiliyinə ediləcək dəyişikliklər barədə PwC Azərbaycanın bülleteni

20 dekabr 2022-ci il tarixində “Four Seasons Baku” otelində Azərbaycanda vergi və hüquq qanunvericiliyində edilmiş son və gözlənilən dəyişikliklər barədə müştərilərimizi məlumatlandırmaq üçün PwC Azərbaycanın Vergitutma və Hüquqi Maarifləndirmə üzrə İllik Sessiyası keçirilib.

Sessiyada PwC peşəkarlarından ibarət komanda 2023-cü ildən Vergi Məcəlləsində edilləcək dəyişikliklər, yeni beynəlxalq standartlar, hesabatlılıq sistemindəki dəyişikliklər və investisiya qaydalarına düzəlişlər barədə məlumat verib.

PwC Azərbaycanın İnteqrasiya edilmiş Vergi Xidmətləri komandasının Lideri Günel Sadiyeva bildirib ki, – “Bu il Vergi Məcəlləsində gözlənilən dəyişikliklərin həcmi böyük olmasa da, onlar Azərbaycan iqtisadiyyatı üçün iki istiqamətdə – investisiyaların təşviqi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) “İnklüziv Çərçivə” layihəsinə qoşulmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, vergidən yayınma hallarının qarşısının alınması, beynəlxalq vergi qaydalarına uyğunluğun artırılması və ölkədə şəffaf vergi mühitinin təmin edilməsinə şərait yaradacaq”.

Sessiyada PwC-nin vergi və hüquq mütəxəssisləri, o cümlədən İnteqrasiya edilmiş Vergi Xidmətləri komandasından Günel Sadiyeva, Cavid Əliyev, Rüfət Şahbazov və Təhminə Abbasova, Vergi Hesabatlılığı və Strategiya komandasından Elnur Məmmədov, Rəna Hacıyeva, Atakişi Nadirov və hüquq komandasından Nərmin Nəsibova və Gülnar Zülfiqarova çıxış ediblər.

Tədbirə müxtəlif sahələri təmsil edən 120-dən çox iştirakçı, o cümlədən baş direktorlar, maliyyə direktorları, vergi, hüquq və insan resursları üzrə menecerlər qatılıb. PwC-nin Vergitutma və Hüquqi Maarifləndirmə üzrə İllik Sessiyası Azərbaycanda vergitutma və qanunun aliliyi ilə bağlı tendensiyalara və problemlərə həsr olunub. Bu seminar istənilən miqyaslı bizneslərin nümayəndələrinin vergi və normativ-hüquqi baza və bu sahədə həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparması üçün nəzərdə tutulub.

© 2022 PwC. All rights reserved.

At PwC, our purpose is to build trust in society and solve important problems of our clients. We achieve this by offering client centric solutions in tax, legal, assurance and advisory from strategy through execution. Over 130 professionals from 4 countries working in PwC Azerbaijan share their thinking, values, experience and solutions to develop fresh perspectives and practical advice for our clients. We are a network of firms in 156 countries with more than 284,258 people who are committed to delivering quality in assurance, advisory and tax services. Find out more and tell us what matters to you by visiting us at www.pwc.com/az