“Bakcell”dən nəqliyyat üçün ağıllı həllər

Bakcell şirkəti korporativ abunəçilərinə nəqliyyat vasitələri üçün ağıllı həllərdən istifadə etmək imkanı yaradır. “GPS+” adlanan bu yeni xidmət şirkət və təşkilatlara məxsus nəqliyyat vasitələrinin GPS izlənməsini təmin edir.

Xidmətə qoşulan korporativ abunəçilər nəqliyyat üçün nəzərdə tutulan ağıllı həllərdən istifadə etməklə onun yerləşdiyi yer, sürəti, yanacaq sərfiyyatı, işləmə rejimi və səyahət etdiyi məsafəyə 24 saat ərzində nəzarət edə biləcəklər.

Monitorinq korporativ avtomobillərə quraşdırılan GPS avadanlığı vasitəsilə həyata keçirilir.

Xidmət barədə ətraflı məlumat üçün https://business.bakcell.com/az/smart-solutions-for-transport səhifəsinə daxil olun.

Bakcell şirkəti müxtəlif sahələrdə fəaliyyət göstərən korporativ abunəçilərini üstün mobil rabitə xidmətləri və texnoloji həllərlə təmin edir.

2022-ci ildə Bakcell şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınıb.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb

Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb Şirkətin insan…
►►►
Elm / Texnologiya

“Azercell CUP 2026” müsabiqəsinə start verilir

“Azercell CUP 2026” müsabiqəsinə start verilir İnformatika sahəsində istedadlı…
►►►
Elm / Texnologiya

“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak edib

“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak…
►►►