İnvestisiya imkanları SİMA ilə daha əlçatan oldu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin hazırladığı SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir.

Azərbaycan investisiya vasitəçiliyi bazarında fəaliyyət göstərən “InvestAz” şirkəti SİMA-nın növbəti tərəfdaşı oldu. Bundan sonra “InvestAz” müştəriləri yeni nəsil rəqəmsal imzanın imkanlarından yararlanaraq həm mobil tətbiq, həm də veb-sayt üzərindən real hesab aça biləcəklər.

SİMA vasitəsilə digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, BOKT, sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderləri, bir sözlə imza tətbiq olunan bütün sahələr daxildir.

Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması kimi bir sıra üstünlükləri var. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.

İmzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

SİMA ilə bağlı daha ətraflı məlumatı rəqəmsal imzanın rəsmi saytından və “AzInTelecom”un “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Azercell Milli Paralimpiya Komitəsi ilə birgə 3 saylı Uşaq evini ziyarət edib

Azercell Milli Paralimpiya Komitəsi ilə birgə 3 saylı Uşaq evini ziyarət edib Şirkət…
►►►
Elm / Texnologiya

“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir “Nar”ın…
►►►
Elm / Texnologiya

Azercell-dən xüsusi “OPPO” kampaniyası!

Lider mobil operator Novruz bayramı münasibətilə abunəçiləri üçün xüsusi kampaniyaya…
►►►