Daha 3 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi verilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 81-ə çatıb.

“Startap” şəhadətnamələri “Recepta” MMC-nin kassa çeklərinin rəqəmsallaşması üzrə platforma, “Too Far Logistics” MMC-nin sürətli kuryer xidməti üçün onlayn platforma, “İntelligent Services And Solutions Company” MMC-nin fasad yuma robotlarının istehsalı və satışı layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar:

https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Unibank nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb edib

Unibank nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb edib Unibank beynəlxalq maliyyə…
►►►
İqtisadiyyat / Biznes

AccessBank-dan bazarda analoqu olmayan yeni məhsul – “Sərbəst Əmanət”

AccessBank-dan bazarda analoqu olmayan yeni məhsul – “Sərbəst…
►►►
İqtisadiyyat / Biznes

Yelo Bank-dan fərdi sahibkarlar üçün onlayn imkan

Sahibkarların vaxtına dəyər verən Yelo Bank onlar üçün növbəti dəfə innovativ rahatlıq…
►►►