Kokand Özbəkistanın qədim şəhərlərindən biridir

Bir çox şair və yazıçılar onu vəsf etmişlər. Əbəs deyil ki, onu Hukandi­Lətif adlandırırdılar, yəni “Valehedici Kokand”. Şəhər Böyük ipək yolunun kəsişməsində, Fərqanə dərəsinin cənub  qərbində, inzibati mərkəz olan Fərqanə  şəhərinin (Rusiya imperiyasının keçmiş zabitlər qəsəbəsi)100 kilometrliyində yerləşir. Sox çayının aşagısında, şərqdə dəniz səmtindən 405 m. yüksəkliyində yerləşən , 41kv.km. ərazisi və 260 000 nəfər əhalisi olan Kokand  şəhəri Çinə və Rusiyay , daha sonar Avropaya, Qafqaza, Yaxın Şərqə, Türkiyəyə, İrana və. s. gedən yolun qovşagındadır.

Ticarət yolunun sərfəli mövqeyində yerləşdiyindən, Kokand  şəhəri sürətlə inkişaf edirdi, regionun iqtisadiyyitinin və siyasətinin samballı hissəsini müəyyən etmiş və etməkdədir.

Fərqanə dərəsini ətraf aləmlə  birləşdirən iki dəmiryolu əlaqəsi var: biri mənzərəli dag ətəyilə Daşkəndə, ikincisi isə (şimal qərb) Hucənd (Soqdi vilayəti, Tacikistan res.) istiqamətində.

Şəhərin salınması haqqənda dəqiq məlumat yoxdur. Lakin eramızın 10-cu əsr salnamələtində ilk dəfə şəhərin adı çəkilir, mümbit torpaqları, yaxşı karvan  sarayları və peşəkarlıq emalatxanaları haqqinda danışılır. Şəhər haqqında konkret məlumatlar 18-ci  əsr ilə, “ minq” özbək nəslindən olan kokand xanlarının hökmdarlıggı dövrünün başlanqıcıyla baglıdır. Kokand xanlıgının banisi Baburun hipotetik sələfi Şahruh biy olmuşdur. Sülalə 179 il hökmdarlıq edəcək və 1876-cı ildə Xudayarxanla bitəcək.

Kokand xanlarının hökmdarlıgı dövründə elm və incəsənət inkişaf edirdi, saraylar, mıdrəsələr və məsçidlər tikilirdi. Xudayar xanın (1871-1873 ) sarayı (“ Urda”) 187-ci ildə memar  Mir Ubaydollo tərəfindən inşa edilmiş  və bugünədək yaxşı qalan saray kompleksidir. Sarayin tikintisinə  Kokandın, Namanqanın, Kanibadarın, Çustun bir çox ustaları dəvət olunmuşlar.

“Cami” məsçidi (1800 il)  –  şəhərin əsas cümə məsçididir. Umarxanın hökmüdarlıgı dövründə inşa edilmilmişdir. Mərkəzində “ xanaka” yerləşən məsçid üç tərəfdən baglı eyvandan ibarətdir. Eyvan şəbəkəli taxtadan olan 98 sütun üzərində dayanır. Mərkəzi girişin qarşısında bişmiş kərpiçdən tikilən  minarət ucalır.

“Həzrəti Miyon” məsçidi 1827-1860-cı illər ərzində görkəmli sufi alimi və dövlət xadimi Həzrəti Miyon Faza Əhəd Sahibzoda tərəfindən tikilmişdir.

Şəhər bir neçə dəfə yüksəliş və tənəzzülə ugramışdır. Bu da çinlilərin, makedoniyalıların, farsların, monqollarin vaxtaşırı hərbi yürüşləri, eləcə də regiondaxili dövlətlərin müharibələrilə baglıdır.

Nəticədə, üç özbək dövlətlərinin (Hiva, Buxara və Kokand) çökməsinə və Rusiya imperiyası tərəfindən anneksiyaya gətirdi.

İlk dəfə olaraq kapitalizm şəraitində qısa müddət ərzində Kokandın iqtisadiyyatı sürətlə inkişaf edirdi. Belə ki, 15 ilə yaxın müddətdə şəhərin əhalisi üç dəfə artaraq 1913-ci ildə 120 000 nəfərə çatmışdı.

1876 – 1917- ci  illəri əhatə edən dövr  Kokandda kapitalizmin sürətlə inkişaf dövrüdür. Xarici kapitalın böyük axını başladı. Yerli sahibkarkar dərhal yeni iqtisadi münasibətlırə alışdılar. Sənaye – maliyyə kapitalı formalaşdı,sahibkarlıq, birja və bang işi inkişaf edirdi. Kokandda on bir bang, bir sıra pambıq, ipək və s. emalı üzrə müəssisələr fəaliyyət göstərirdi.

Kokand ölkəyə bir çox alim,yazıçı, artist dəxş etmişdi. Burada ilk dəfə olaraq H.H. Niyazi və M. Mirokilovun təşəbbüsü ilə aktyor truppası yaranmışdır. S. Sirotdinov, A. Aripov, T. Zahidov kimi kokand alimlərinin elmin inkişafında böyük xidmətləri olmuşdur. Həqiqətən də  Kokand yazıçı A.Kahhar, şair S.Abdulla, satirik-şair J.Abdulla, sair-demokratlar Mukimi və Furkat, incə yumor sahibi, şair Zavkiy və s, yazıçı və şairlərin şəhəridir.

1876-cı ildə Kokand xanlıgı dagildıqdan sonra Fərqanə dərəsi Türkestan general-qubernatorlugunun Fərqanə vilayəti elan edilmişdir. Fərqanə vilayətinin ilk qubernatoru Skobelev 1876-cı ildə vilayet mərkəzinin tikintisinə başlamışdır.Tikinti başa çatdıqdan sonra yeni vilayət mərkəzi yeni Marqelan adlandırılmışdır. Tədricən Kokand paytaxt əhəmiyyətini itirməyə başlayır, lakin iri ticarət mərkəzi olaraq qalır.1915-ci ilə dək  şəhərdə 5000 ticarət məntəqsi, on bir bang, bir neçə birja, 20 ticarət evləri fəaliyyət göstərirdi. Şəhər administrasiyası Xudayar sarayinin qərbindəki küçələri dagıdaraq, yerində müasir küçələr salmışdır. Onlardan ən tanınmışları Razenbax (hazırda “ İstiklol” küç.) və Skobelev ( hazırda “ İstanbul” küç.) prospektləridir Rus memarları xarici varlı şəxslərin sifarşilə onlar üçün evlər, ofis və bang binalarını inşa etməyə başlamışdılar. N.X. Vodyanovun evi  hazırda şəhər hakimiyyəti binasıdır. Pambıq krallarından  biri N.X. Vodyanov o dövr üçün ən müasir pambıq zavodu və pambıq ticarət evinin sahibi idi. Bina 1907-ci ildə məşhur rus memarı T.M. Stariçevskinin layihəsi üzrə o düvr üçün yeni üslubda – “modern” üslubunda inşa edilmişdir.

Madina Abullayeva (Özbekistan)
Əqdəs Bağırzadə ( Azərbaycan)

Əlaqədar məqalələr
Turizm

Türkiyəli mütəxəssislərlə aqroturizm üzrə təcrübə mübadiləsi aparılıb

Türkiyəli mütəxəssislərlə aqroturizm üzrə təcrübə mübadiləsi aparılıb 25-28…
►►►
Turizm

Azərbaycanın turizm imkanları Yaxın Şərqdə nümayiş etdirilib

Azərbaycanın turizm imkanları Yaxın Şərqdə nümayiş etdirilib Dövlət Turizm…
►►►
Turizm

Azərbaycanın turizm heyəti COP30 tədbirində təmsil olunub

Azərbaycanın turizm heyəti COP30 tədbirində təmsil olunub Braziliyanın Belem şəhərində…
►►►