ASCO-nun təşəbbüsü ilə çəkilən “20 Yanvarda doğulanlar” adlı bədii-sənədli filmin treyleri yayımlanıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşəbbüsü əsasında xalqımızın qəhrəmanlıq salnaməsi olan 20 Yanvar hadisələri və bu hadisələr zamanı şücaət göstərmiş dənizçilərimiz haqqında çəkilən “20 Yanvarda doğulanlar” adlı bədii-sənədli filmin treyleri yayımlanıb.

Filmin ssenarisi hadisələrin iştirakçısı olmuş dənizçilərin açıqlamaları və xatirələri əsasında yazılıb. Həmçinin ssenarinin ərsəyə gəlməsində o dövrün araşdırmaçı tarixçiləri, peşəkar ssenaristlər və hərbi ekspertlər də yaxından iştirak ediblər.

Bədii-sənədli filmin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Elxan Cəfərovdur.

Qeyd edək ki, “20 Yanvarda doğulanlar” filmi 20 yanvar 2023-cü ildə İTV-də və ASCO-nun bütün rəsmi sosial şəbəkə hesablarında yayımlanacaq. 

Əlaqədar məqalələr
İncəsənət / Dəb

Azərbaycan Milli Xalça Muzeyində “Sənət körpüsü… Azərbaycan – Türkiyə” sərgisi açılıb

Azərbaycan Milli Xalça Muzeyində “Sənət körpüsü… Azərbaycan – Türkiyə” sərgisi…
►►►
İncəsənət / Dəb

Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi

Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi Şirkət…
►►►
İncəsənət / Dəb

Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub

Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub Azərbaycan Respublikası…
►►►