Azərbaycan-Səudiyyə Ərəbistanı İşçi Qrupunun fəaliyyətinin aktivləşdirilməsi müzakirə edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyinin Beynəlxalq əlaqələr üzrə nazir müavini Məhəmməd Əl-Hasnah ilə görüşüb. 

Onlayn formatda keçirilmiş görüşdə ikitərəfli əməkdaşlığa, o cümlədən Azərbaycan-Səudiyyə Ərəbistanı İşçi Qrupunun fəaliyyətinin aktivləşdirilməsinə, ötən ilin dekabrında KOBİA və Səudiyyə Ərəbistanı Palataları Federasiyası arasında imzalanmış Sazişə əsasən yaradılmış Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının fəaliyyətinin təşviqinə, ölkəmizə investisiya qoyuluşu imkanlarına və qarışılıqlı biznes missiyaların təşkilinə dair fikir mübadiləsi aparılıb. 

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu keçirilib

Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu keçirilib 21 oktyabr Bakıda Avropa…
►►►
İqtisadiyyat / BiznesROCKVELL LADY

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start…
►►►
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►