Sahibkarlar Pakistanda keçiriləcək Mühəndislik və Səhiyyə Sərgisinə dəvət olunur

Bu ilin 23-25 fevral tarixlərində Pakistanın Ticarət Nazirliyinin dəstəyi, Ticarətin İnkişafı İdarəsinin təşkilatçılığı ilə Lahor şəhərində 2-ci Mühəndislik və Səhiyyə Sərgisi (2nd Engineering and Healthcare Show – EHCS-2023) keçiriləcək.

Builki sərgidə 170-dən çox Pakistan istehsalçısının kənd-təsərrüfatı avadanlığı, avtomobil və avtomobil hissələri, məişət texnikası, təhlükəsizlik avadanlığı, inşaat materialları, kimyəvi maddələr, boyalar, zərgərlik əşyaları və daşlar, qablaşdırma materialları, mebel, idman malları, cərrahi alətlər, əczaçılıq və kosmetik məhsulları təqdim olunacaq.

Sərgidə ziyarətçi qismində iştirak etmək istəyən sahibkarlar aşğıdakı link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər: https://forms.office.com/r/waShCbK00x

Xatırladaq ki, 2022-ci ilin fevral ayında Lahor şəhərində keçirilən 1-ci Mühəndislik və Səhiyyə Sərgisində 20-dən çox sahənin məhsulları təqdim olunub, 50-dən çox xarici ölkənin şirkətləri üçün yeni imkanların araşdırılması və əlaqələrin genişləndirilməsi imkanı yaradılıb.

Əlavə məlumat:

(+994 12) 598 01 47;

(+994 50) 520 33 31;

Əlqələndirici şəxs Şəfi Rüstəmbəyli.

Əlaqədar məqalələr
İqtisadiyyat / BiznesROCKVELL LADY

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start…
►►►
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►