“Düzgün müalicə düzgün diaqnozdan başlayır”

Müraciət vaxtında edilərsə, anadangəlmə nitq qüsurlarının aradan qaldırılması mümkündür. Valideynlərin səhv yanaşması nəticəsində nitq qüsurlarının vaxtında aradan qaldırılmaması sonradan uşaqların sosial cəmiyyətə uyğunlaşmasında da müəyyən çətinliklər yaradır. Əksər hallarda bu kimi problemlərin əsas açarı peşəkar loqopedlərin əlində olur. Belə peşəkar mütəxəssislərdən biri Bakı şəhər 1 saylı lal-kar uşaqlar üçün internat məktəbinin, eləcə də “Elbite”, “Megaschool” özəl tədris mərkəzlərinin və “Learning kids” bağçasının loqopedi Nigar Əbilovadır. Loqopedin dediklərindən belə məlum olur ki, əslində, səhvən ömürlük nitq qüsuru kimi baxdığımız bir çox problemlər qısa zaman ərzində həll edilə bilər.

  • Nigar xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

Mən məktəbi 16 yaşımda bitirib Gəncə Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olmuşdum. Lakin valideynlərim orada oxumağımı istəmədilər. Növbəti il yenidən imtahan verdim və Azərbaycan Dövlət Pedoqoji Universitetin “Nitq qüsurların bərpası” fakültəsinə daxil oldum. O zamanlar bu sahə Azərbaycanda o qədər də geniş yayılmamışdı. İnsanların da bu barədə təsəvvürü çox az idi. Amma bu gün bu sahəyə tələbat birə-beş artıb. Mən də bir loqoped olaraq nitq qüsuru olan insanlara qürurla xidmət edirəm. İşimi çox sevirəm.

  • Artıq neçə ildir ki, bu sahədəsiniz?

Artıq 15 ildir ki, bu sahədəyəm. Bir neçə mərkəzdə loqoped olaraq fəaliyyət göstərirəm.

  • İş prinsipiniz nədən ibarətdir?

Yalnız doğru diaqnoz qoymaq və planlı proqram qurmaq mənim əsas iş prinsipimdir. Çünki düzgün müalicə düzgün diaqnozdan başlayır.

  • Son zamanlarda sizə daha çox hansı problemlərlə bağlı müraciətlər olur?

Autizm, daun sindromu, nitq geriliyi, kəkələmə və s. problemlər ilə daha çox rastlaşırıq.

  • Xarakter olaraq necə birisiniz?

Baxmayaraq ki, xanımam, amma daha çox kişi xarakrerinə malik biriyəm. Bir də ki, mən hər zaman doğrunun tərəfdarıyam. Mənim üçün yalanın ağı-qarası yoxdur.

  • Ailəlisinizmi?

Bəli, ailəliyəm. İki övladım var.

  • Bir mütəxəssis olaraq nəyə “yox” deyirsiniz?

Zəhmət çəkməyib öndə olan insanlara “yox” deyirəm. Unutmayaq ki, hazır əldə olunan şeylər tez bir zamanda da əldən çıxır.

  • Oxuculara nə məsləhət görürsünüz?

Hansı sahədə olursunuzsa olun, birinci özünüzə qarşı, sonra ətrafınızdakılara qarşı dürüst olun. Sevincinizi başqaları ilə paylaşın. Gənclərimiz nəyəsə qərar verdikdə ağılla, səbrlə, təmkinlə qərar versinlər. Hisslərə qapanmasınlar.

  • Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

Ağlıma gəlməzdi ki, nə zamansa mənim adım Azərbaycanın hüdudlarından kənarda tanınar və xaricdən mənim seanslarımda iştirak etmək üçün gələn adamlar olar.

+994 77 570 71 38
nigar.loqoped.megaschool

Əlaqədar məqalələr
Sağlamlıq / Gözəllik

Sağlam dişlər və gözəl təbəssüm üçün sadəcə bir addım

Tbilisidə diş implantasiyası: Sağlam dişlər və gözəl təbəssüm üçün sadəcə bir…
►►►
Sağlamlıq / Gözəllik

Azərbaycanda dərman istehsalı kəskin artıb

Azərbaycanda dərman istehsalı kəskin artıb 2024-cü ilin yanvar-iyun ayları ərzində…
►►►
Sağlamlıq / Gözəllik

ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı

ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı Dünyanın müxtəlif…
►►►