Yelo Bank-dan uşaq futboluna növbəti dəstək

Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində Yelo Bank təşəbbüskar layihələrini davam etdirir. Bank bu dəfə “Kəndlərdə idmanı inkişaf etdirək” proqramı çərçivəsində növbəti tədbirə dəstək olub. Layihə AFFA, Goranboy Rayon İcra Hakimiyyəti və Uşaq Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Goranboyda baş tutub. Layihə çərçivəsində tədbirdə iştirak edən 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədilə Yelo idman geyimləri və toplar verilib. Daha sonra gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

Xatırladaq ki, bundan öncə Yelo Bank “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə Cocuq Mərcanlı, Ağdaş, Gəncə və Türkan qəsəbəsində məktəblilərə dəstək olub. Bu ilin sonunadək layihənin digər bölgələrdə də reallaşdırılması planlaşdırılıb.
Bank xidmətləri, eləcə də depozit faizleri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Əlaqədar məqalələr
İqtisadiyyat / BiznesROCKVELL LADY

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start…
►►►
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►