Kapital Bank-ın dəstəyi ilə ənənəvi Respublika Fənn Olimpiadası keçirilir

Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq Elm və Təhsil Nazirliyinin təşkil etdiyi Respublika Fənn Olimpiadalarının keçirilməsinə dəstək göstərib. Olimpiadalar Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilir.

25 fevral 2023-cü il tarixində fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək. Yarımfinal turunda iştirak edəcək şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinə daxil olaraq buraxılış vərəqələrini çap edə bilərlər.

Qeyd edək ki, Respublika Fənn Olimpiadalarının təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►
İqtisadiyyat / Biznes

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR!

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR! Bank…
►►►
İqtisadiyyat / Biznes

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur 2015-ci ildən…
►►►