“Marketinqin əsasları və satışın təşkili” və “Müştəri məmnuniyyəti” təlimlərində iştirak edin

Fevralın 23-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Marketinqin əsasları və satışın təşkili” mövzusunda maarifləndirici təlim keçiriləcək. Saat 14:00-da təşkil olunacaq təlimdə Bakı KOBİM-in eksperti Namiq Bayramov marketinq nədir, marketinq miks, brend, marketinqin kommunikasiya əməliyyatları, satış və onun təşkili prosesi, “B2C”, “B2B” və “B2G” satışın təşkili mövzularında məlumat verəcək. 

Fevralın 24-də təlimçi-eksperti Səfər Aslanov tərəfindən keçiriləcək təlim isə “Müştəri məmnuniyyəti” mövzusuna həsr olunacaq. Saat 10.00-da keçiriləcək maarifləndirici təlimdə müştəri məmnuniyyətinin biznesdə əhəmiyyəti, xidmət səviyyəsi, Kano modeli və s. barədə məlumat veriləcək, iştirakçıları maraqlandıran suallar cavablandırılacaqdır.  

Hər iki təlim də “Bakı KOB evi”ndə keçiriləcəkdir.Təlimlərdə iştirak etmək istəyənlər (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya baki@kobim.az elektron poçt ünvanına müraciət edə bilərlər.

Əlaqədar məqalələr
ROCKVELL BUSINESS

Azərbaycanda II Milli Rəqabət Forumu keçirilib

Azərbaycanda II Milli Rəqabət Forumu keçirilib Azərbaycan Respublikasının Prezidenti…
►►►
ROCKVELL BUSINESS

"Rebuild Karabakh 2025" sərgisində sahibkarlar üçün ödənişsiz stend təklifi

“Rebuild Karabakh 2025” sərgisində məhsul və xidmətlərini tanıtmaq istəyən…
►►►
ROCKVELL BUSINESS

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bankın valyuta ehtiyatları artıb Bu ilin avqust ayında Azərbaycan Mərkəzi…
►►►