“ArchiCO Academy”nin hazırladığı kadrlar istənilən beynəlxalq layihədə fəaliyyət göstərə bilərlər

Son dövrlərdə Azərbaycanda getdikcə genişlənən fəaliyyət istiqamətlərindən biri də təlim mərkəzlərinin təşkilidir. Ölkədə müxtəlif sahələr üzrə təlim təşkil edən müəssisələrin sayı artsa da, onların hamısının keyfiyyətli kadr hazırladığını demək olmaz. Çünki keyfiyyətli kadrların hazırlanması üçün münasib maddi-texniki bazanın mövcudluğu ilə yanaşı, peşəkar təlimçilərin də olması əsas şərtdir. Azərbaycanın gənc təlim mərkəzlərindən biri olan “ArchiCO Academy” bu şərtlərə cavab verən tədris müəssisələrindəndir. Akademiyanın baş koordinatoru Hikmət Vələdli fəaliyyətləri ilə bağlı suallarımıza cavab verir:

Akademiyanın yaradılmasında əsas məqsəd sənaye və tikinti sahələri üzrə peşəkar kadrların hazırlanmasıdır. Azərbaycanda son illərdə çox sayda yeni fabrik və zavodlar tikilir, lakin bir çox yerlərdə kadr çatışmazlığı özünü göstərir. “ArchiCO” MMC olaraq, Azərbaycanın müxtəlif ərazilərində böyük tikinti layihələri həyata keçiririk. Bu işləri görərkən bəzən özümüz də işçilərin peşəkarlığı ilə bağlı müəyyən problemlərlə qarşılaşırıq. Əsas məqsədimiz bu problemləri aradan qaldırmaq və əmək bazarını beynəlxalq standartlara cavab verən peşəkar işçilərlə təmin etməkdir. Nəzərə alaq ki, istehsalatın 50 faizi qaynaq işindən asılıdır və Azərbaycan bazarında bu sahəyə böyük tələbat var. Buna görə də biz bu sahədə IWI və EWI-ın beynəlxalq təhsil standartlarını Azərbaycana gətirməyə çalışdıq. Biz qaynaq, qazanxana operatoru, SƏTƏM, NDT və s. sahələri üzrə kadrların hazırlanmasına böyük önəm veririk. Şirkətimizin rəhbəri Məhəmməd Musayev də yeni, cavan kadrların yetişdirilməsinə və onların şirkətimizdə fəaliyyətinə çox önəm verir. Bu məqsədlə şirkət olaraq gənc kadrların təcrübə toplaya biləcəyi dövlət proqramlarında aktiv şəkildə iştirak edirik.

  • Bu işdə əsas partnyorunuz hansı şirkətdir?

Azərbaycanda beynəlxalq standartlara cavab verə bilən peşəkar işçilərin hazırlanması, onların düzgün qaydada sertifikatlaşdırılması üçün Türkiyənin bu sahə üzrə tanınmış şirkəti olan “Gedik Holding” ilə ortaq əlaqələr yaratdıq. Onlar akademik sahədə universitet və peşə məktəbi ilə də təmsil olunurlar. Biz onların təcrübələrini Azərbaycana gətirməyi bacardıq.

  • Təlimlərinizin sonunda iştirakçılara sertifikatlar təqdim edilir. Bu sertifikatlar namizədlərə hansı imkanları verir?

Müəssisəmizin verdiyi sertifikat beynəlxalq statusa malik olub təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində tanınır. Sertifikat almaq üçün namizəd təlimin sonunda imtahan verməlidir. Beynəlxalq standartlı sertifikat almaq üçün namizədin mütləq yüksək bilik və bacarığı olmalıdır. Namizədin bilik və bacarığı aşağı səviyyədədirsə, imtahandan keçə bilmir. İmtahan prosesi olduqca ciddi və məsuliyyətli şəkildə həyata keçirilir. İmtahan nümunələri hətta xaricə göndərilir, xaricdəki mütəxəssislərimiz qərar verirlər ki, namizəd imtahandan keçib, ya keçməyib və onun biliyi neçə balla qiymətləndirilir. Beynəlxalq standartlara cavab verən sertifikatlaşdırma prosesi üçün bəzi minimal tələblər var. Sertifikatlaşdırmadan keçmək üçün namizədin bu tələblərə cavab verməsi lazımdır. Biz bunu Azərbaycanda tam olaraq təşkil edirik.

  • Namizədlərin bilik və bacarığının qiymətləndirilməsi necə həyata keçirilir?

Bizim təhsil modelimiz iki hissədən ibarətdir. Birinci hissə nəzəri, ikinci hissə praktiki hissədən ibarətdir. Biz bütün namizədləri eyni qaydada təlimlərə yönəltmirik. Bəzən təlimlərə yüksək təcrübəli, bəzən isə aşağı təcrübəli insanlar gəlir. Onların hər biri üçün ayrıca təlim modeli var. Biz özünə güvənən, bilikli namizəd üçün qısamüddətli təlim keçdikdən sonra ondan imtahan götürürük. Əgər namizədin həqiqətən təcrübəsi, biliyi varsa, imtahanı keçə bilir. Lazımi bilik və təcrübəyə malik deyilsə, imtahanı verə və sertifikat əldə edə bilmir. Bu halda o, uzunmüddətli təlimə cəlb edilir. Bizim əsas məqsədimiz imtahan prosesini keyfiyyətlə keçirməkdir, çünki imtahan keyfiyyətlə, güclü nəzarətlə keçirilərsə, o zaman yetişdirdiyimiz namizədlərin işi də keyfiyyətli olar.

  • Təlimləri kimlər keçir və imtahan hansı mütəxəssislər tərəfindən götürülür?

Biz bu prosesə Türkiyədən dəvət edilmiş mütəxəssisləri cəlb etmişik. Eyni zamanda uzun illər Azərbaycanda öz sahəsi üzrə ixtisaslaşmış peşəkar təlimçilərlə də işləyirik. Təlimlər həm teorik, həm də praktiki təcrübəyə sahib, beynəlxalq sertifikatlar almış mütəxəssislər tərəfindən tədris olunur.

  • Təlimlərin müddəti nə qədərdir və o, ödənişlidirmi?

Təlimlərin müddəti istiqamətə görə dəyişir. Elə təlimlər var ki, bir gün, bir həftə, elə təlimlər də var ki, hətta 6 ay davam edir. Biz təlimlərin qiymətlərini bazara uyğunlaşdırmışıq. Hər bir təlimin qiyməti istiqamətindən və onun müddətindən asılı olaraq dəyişir.

  • Nəzəri biliklərin əldə olunması vacib olsa da, praktika real təcrübə əsasında keçirilməzsə, təlim uğursuz sayıla bilər. Bu baxımdan təlimin praktiki hissəsinin harada və hansı şəraitdə keçirilməsinin çox önəmi var. Sizin təlimlərinizin praktiki hissəsi harada tədris olunur? Ümumiyyətlə, maddi-texniki bazanız tədrisin bu mərhələsini həyata keçirməyə imkan verir?

Hər bir təlimi keçmək üçün müəyyən maddi-texniki bazaya ehtiyac var. Bizim təlim mərkəzinin Bakı Mühəndislik Universitetinin yaxınlığında 300 kvadrat metrdən çox sahəni əhatə edən böyük bir binası və onun yerləşdiyi ərazidə 4 hektarlıq poliqonu mövcuddur. Biz təlimin həm nəzəri, həm də praktiki hissəsini orada tədris edirik. Şirkətlərin tələbi əsasında onların sahələrində də təlimləri təşkil edirik. Biz bütün bunları bacardığımız qədər yüksək səviyyə və beynəlxalq standartlara uyğun şəkildə təşkil etmişik.

  • Ən vacib məsələlərdən biri məzunun iş tapa bilməsidir. Hazırladığınız məzunlar işlə təmin oluna bilir?

Biz bazardakı tələbatı bilirik, keyfiyyətli, standartlara cavab verən işçilərə bazarda hər zaman iş var, onlar digərləri ilə müqayisədə daha asanlıqla iş tapa bilirlər. Buna görə də əsas məqsədlərimizdən biri budur ki, məzunlarımız yüksək səviyyədə nəzəri və praktiki savadlara malik olsunlar. Bunun üçün isə biz təlimlərin təşkil edilməsində ən yüksək səviyyədə beynəlxalq təcrübədən istifadə etməyə çalışırıq.

  • Son dövrlərdə Azərbaycanda təlim keçirən şirkətlərin sayı getdikcə artır. Sizi rəqib şirkətlərinizdən fərqləndirən cəhətlər nələrdir?

Həqiqətən də Azərbaycanda təlim mərkəzlərinin sayı günbəgün artır. Bu sayın artması bizi sevindirir, çünki bu halda daha çox kadr hazırlayan müəssisələr olur. Bizim onlardan ən böyük üstünlüyümüz beynəlxalq qurumlarla çox sıx əməkdaşlıq etməyimizdədir. Hər bir təlimin sahəsi üzrə professional olan şirkətlərlə işləməyə çalışırıq ki, son nəticədə keyfiyyətli kadrlar yetişdirilsin.

+994 55 414 22 02
+994 12 541 60 46

www.archicoacademy.az

Xəyyam Günəşli

Əlaqədar məqalələr
Elm / Texnologiya

SİMA-nın yeni Videozəng həlli istifadəyə verildi

SİMA-nın yeni Videozəng həlli istifadəyə verildi Rəqəmsal İnkişaf və Nəqliyyat…
►►►
Elm / Texnologiya

Azercell Biznes “Mobil Cihazların İdarə Edilməsi” həllini təqdim edir

Azercell Biznes “Mobil Cihazların İdarə Edilməsi” həllini təqdim edir Yeni xidmət…
►►►
Elm / Texnologiya

ABB debet kartlarını SİMA KYC ilə onlayn sifariş et

ABB debet kartlarını SİMA KYC ilə onlayn sifariş et Rəqəmsal İnkişaf və Nəqliyyat…
►►►