“PAŞA Bank” “Novruz sevinci 2023” xeyriyyə aksiyasına qoşulub

Sosial məsuliyyətli korporativ vətəndaş olan “PAŞA Bank” Novruz bayramı ərəfəsində xeyriyyə fəaliyyətini davam etdirib. Belə ki, Bank, “Novruz sevinci 2023” xeyriyyə aksiyasına qoşularaq aztəminatlı ailələrə və ahıllara bayram sovqatını çatdırıb.

14-15 mart tarixlərində Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə həyata keçirilən bu təşəbbüs çərçivəsində Bakı, Xırdalan, Sumqayıt və İsmayıllı şəhərlərinə səfər təşkil olunub. Beləliklə də, 130 ailəyə bayram süfrəsi üçün qida məhsulları çatdırılıb.

Xatırladaq ki, “PAŞA Bank”, ötən illərdə də Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə xeyriyyə aksiyaları təşkil edib. Bu təşəbbüslər çərçivəsində aztəminatlı ailələrə və ahıllara Novruz və Ramazan sovqatları təqdim olunub.

Əlaqədar məqalələr
City Life

Ferhat Göçer Bakıda Eyyub Hüseynzadənin təşkilatçılığı ilə dördüncü dəfə konsert verəcək

Ferhat Göçer Bakıda Eyyub Hüseynzadənin təşkilatçılığı ilə dördüncü dəfə konsert…
►►►
City Life

Bakıda  “Avropada Təhsil” sərgisi keçiriləcək

Bakıda  “Avropada Təhsil” sərgisi keçiriləcək Avropa İttifaqının (Aİ)…
►►►
City Life

Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz....

Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard…
►►►