AZTV-dəki “Sevginin ünvanı” başlayır…

Azərbaycan Televiziyası serialların çəkilişinə start verib. Aprel ayından başlayaraq “Sevginin ünvanı” adlı ilk serial yayımlanacaq.

10 bölümdən ibarət bu serialda narkomaniya, erkən nikah, gender qeyri-bərabərliyi və qadınlara qarşı şiddət kimi problemlərə toxunulur.

Serialın baş qəhrəmanı Bəsti təkcə adını deyil, bütün həyatını dəyişdirir, qarşısına qoyduğu ən böyük məqsədə – ali təhsil almaq arzusuna çatır. “Həyat acılı-şirinli günlərdən ibarət bir gündəlikdir” –  bu həqiqəti qəhrəmanların hər biri dərk edərək. məhz sevginin həyatın mənbəyi olduğunu anlayır. Həyat sevgi ilə başlayır, məhz o maneləri dəf etməyə kömək edir, yaşamağa güc verir. Amma elə yanlışlıqlar, elə səhvlər  var ki, onlar insanın həyatını büsbütün məhv edə bilər… Və baş qəhrəmanların biri məhz belə səhvin qurbanı olur…  

Rollarda Günəş Tegin, Türkay Cəfərli, Zemfira Əbdülsəmədova, Natəvan Qeybani, Hacıbaba Məmmədov, Tunar Əlizadə, Firuzə Balayeva, Günay Əhməd, Simuzər Ağakişiyeva, Vüqar İskəndərli, Aydan Ağalarova, Raqif Məmmədov və başqaları iştirak edir. Serial real hadisələrə, gerçək talelərə əsaslanır.

Filmin quruluşçu rejissoru Zaur Zeynal, ssenari müəllifi Leyla Qədirzadə, quruluşçu operatoru Aqşın Rzayev, prodüseri Nicat Həsənlidir.

Layihənin rəhbəri Həmid Əsədzadədir.

Əlaqədar məqalələr
City Life

AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi

AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi AccessBank…
►►►
City Life

Azərbaycan Hava Yolları Milli Mətbuat Günü münasibətilə....

Azərbaycan Hava Yolları Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün…
►►►
City Life

Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik edir

Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik…
►►►