Azercell “Onlayn Autizm Portalının İnkişaf Etdirilməsi” layihəsinə dəstək verir

Portalın texniki və funksional imkanlarının genişləndirilməsi Autizm Mərkəzinin işini xeyli təkmilləşdirəcək

Korporativ sosial məsuliyyət prinsiplərini əsas tutaraq “Azercell Telekom” texnoloji imkanlar vasitəsilə cəmiyyətin sosial inkişafı, eləcə də, ayrı-ayrı sosial qrupların rifahının yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirir. Lider mobil operatorun dəstəyi ilə “Birgə və Sağlam” İctimai Birliyinin “Onlayn Autizm Portalının İnkişaf Etdirilməsi” layihəsi həyata keçirilir.

Layihə çərçivəsində autizm haqqında onlayn platformada maarifləndirmə işlərinin miqyasını genişləndirmək məqsədilə autizmportali.az portalı dizayn tərtibatı və texniki imkanlar baxımından  müasir standartlara uyğun olaraq əsaslı surətdə təkmilləşdirilir və yenilənir, məzmunu zənginləşdirilir, istifadəçilərin məlumatlara rahat çıxışını təmin etmək üçün portalın funksional imkanları artırılır. Portalın dinamikləşdirilməsi məzmunların çevik şəkildə yenilənməsinə, “canlı çat” funksiyası isə istifadəçilərə autizm, həmçinin bu sahədə göstərilən reabilitasiya və digər sosial xidmətlərlə bağlı operativ məlumat almağa imkan verəcək.

Azercell-in dəstəyilə Türkiyənin Tohum Otizm Vakfının Azərbaycan dilinə tərcümə olunmuş 10 cilddən ibarət kitabı daxil, autizmin bir sıra aspektlərini əhatə edən elmi əsaslı məlumatlar toplusu rəqəmsallaşdırılıb portala yerləşdiriləcək və məzmun mütəmadi olaraq artırılacaq. Valideynləri autizm haqqında dəqiq və etibarlı məlumatla təmin etmək məqsədilə həkim-mütəxəssislərin iştirakı ilə video formatda hazırlanan maarifləndirmə çarxları da portalda yer alacaq.

Layihənin 2023-cü ilin 2-ci yarısınadək yekunlaşdırılaraq açıq istifadəyə verilməsi planlaşdırılır.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Kaspersky: “Zoomer” nəslinin hər dördüncü nümayəndəsi süni intellektlə dostluq edir

Kaspersky: “Zoomer” nəslinin hər dördüncü nümayəndəsi süni intellektlə dostluq…
►►►
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►