“Park Cinema”dan yerli və Türk filmlərinə SUPER endirim

1 apreldən Park Cinema kinoteatrlar şəbəkəsi azərbaycan və Türk filmlərinə SUPER endirim elan edir.

Belə ki 1 ay boyunca bütün yerli və Türkiyə istehsalı olan filmlər cəmi 5 AZN. Aksiyanın məqsədi yerli filmlərin inkişafına təkan vermək və tamaşaçılara filmləri kinoteatrda izləmək vərdişini aşılamaqdır.

Bir ay davam edəcək aksiyada, yerli “Elçilik”, “Hozu Cangüdən”, “Evdə qalmış”, “Xənnas” və digərlər filmlər yer alacaqdır. Qardaş Türkiyə istehsalı olan filmlərdən isə Mahsun Kırmızıgülün yeni “Prestij Meselesi”, Şafak Sezerdən “Kutsal Damcana”, məşhur dram “İncir Reçeli 2” və digər filmlər yer alacaqdır.

Qeyd edək ki, Park Cinema kinoteatrlar şəbəkəsinə Park Bulvar, Metro Park, Alov Qüllələri, Zagulba Mall və Aygun Mall-da yerləşən kino mərkəzləri daxildir.

Aksiya ilə bağlı ətraflı məlumat almaq üçün www.parkcinema.az saytına keçid edə bilərsiniz.

Əlaqədar məqalələr
City Life

Bakıda ilk dəfə su üzərində unikal şou!

Bakıda ilk dəfə su üzərində unikal şou! Bakı ilk dəfə açıq havada su üzərində…
►►►
City Life

CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı

CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu…
►►►
City Life

“Mənim irsim danışır” respublika müsabiqəsinin final mərhələsi keçirilib

“Mənim irsim danışır” respublika müsabiqəsinin final mərhələsi keçirilib Elm və…
►►►