“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin sərgisi keçiriləcək

Ulu öndərin 100 illik yubileyi ilə bağlı keçiriləcək yerli şirkətlərin sərgisində sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox şirkət məhsul və xidmətlərini təqdim edəcək.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı olaraq, 8-10 iyun tarixlərində “Baku Crystal Hall”da “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlərin məhsul və xidmətləri nümayiş olunacaq.

150-dən çox şirkətin qatılacağı sərginin məqsədi Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, iş adamları arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulmasıdır.

Sərgiyə qatılmaq istəyən şirkətlər ətraflı məlumat üçün müraciət edə bilərlər: (+994 12) 310 15 58 və ya *0555.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►