Bakı Piano Festivalının ikinci günü tamaşaçılara Səidə Tağızadə kvarteti və İlham Osmanovun rəqs studiyasının ifasında hərarətli tanqo proqramı təqdim edib

Səidə Tağızadə Bülbül adına Musiqi Məktəbini və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. Səidə Tağızadə bir sıra beynəlxalq müsabiqələrin laureatıdır və dünyanın bir çox ölkələrində, o cümlədən Nyu-Yorkun Karnegi Hollunda çıxış edib.

Səidə Tağızadənin ifasında musiqi onun yaradıcılıq fəaliyyətinin bütün istiqamətlərini mükəmməl şəkildə göstərir: solo karyerasından tutmuş kamera musiqisinə qədər, hər dəfə yeni maraqlı proqramla tamamilə fərqli janrlı sənətçilərlə çıxışlar.

Gecənin əsas bəzəyi İlham Osmanovun rəqs studiyasının Azərbaycan rəqs duetlərinin hərarətli ifası olub.

Bakı Beynəlxalq Piano Festivalı təkcə fortepiano və klaviatura virtuozlarının sehrli ifası deyil, bu, ilk növbədə, ən tələbkar musiqisevərləri ruhlandıracaq və ovsunlayacaq, canlı emosiyalar bəxş edəcək dəbdəbəli ab-havadır.

Əlaqədar məqalələr
City Life

“Sağlam Torpaq – Sağlam Həyat”

Azərbaycanda Dünya Torpaq Günü münasibətilə “Sağlam Torpaq – Sağlam Həyat” adlı…
►►►
City Life

Daşkəsən rayonunda növbəti ekoloji aksiya təşkil edilib

Daşkəsən rayonunda növbəti ekoloji aksiya təşkil edilib “AzerGold” QSC-nin…
►►►
İncəsənət / Dəb

Uşaqların sevimli “Aybolit”i gəlir

Uşaqların sevimli “Aybolit”i gəlir Azərbaycan Dövlət Kukla Teatrı növbəti premyeraya…
►►►