Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi – bu, Max Villaveccia & Los Aurora-nın konsertidir.

Max Villaveccia & Los Aurora klassik və müəllif yanaşmasını birləşdirən ənənəvi və müasir janrlarla təcrübələr aparan flamenko-caz layihəsidir. Müəllifin digər estetikalarla birləşmə qorxusunu itirmiş flamenko janrındakı baxışı. Federico Garcia Lorca poeziyasının və Əndəlusun ənənəvi rəqsinin birləşməsi qeyri-adi görüntü və möhtəşəm ifa ilə heyran edir. Max Villaveccia & Los Aurora tamaşaçılara ispan musiqisinin klassik janrları üzrə həyəcanlı və ehtiraslı musiqi turu təqdim edərək, onu öz improvizasiyaları ilə maraqlı şəkildə tamamlayaraq, ən populyar flamenko mahnılarını ifa edərək və digər janrlarla birləşdirərək heyrətamiz şou yaratmağı bacarıblar. Onların səyahəti flamenko ilə başlayır və müasir caza doğru irəliləyir və bu qrupun unikal və təkrarolunmaz üslubunu yaradır.

Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub. Onun rəqsinin hər ölçülən hərəkəti və mimikaları tamaşanın nüanslarını və emosiyalarını vurğulayaraq tamaşaçılar üçün əsərlərin ab-havasına tam dalmaq effekti yaradırdı.

Bakı Beynəlxalq Piano Festivalı təkcə fortepiano və klaviatura virtuozlarının sehrli ifası deyil, bu, ilk növbədə, ən tələbkar musiqisevərləri ruhlandıracaq və ovsunlayacaq, canlı emosiyalar bəxş edəcək dəbdəbəli ab-havadır.

Əlaqədar məqalələr
İncəsənət / Dəb

"King's Style"- kralların seçimi

“King’s Style”- kralların seçimi Kişi geyimlərinin ən əsas…
►►►
City Life

AccessBank “Qızıl Şans” lotereyasının ilk....

AccessBank “Qızıl Şans” lotereyasının ilk tirajının qaliblərini elan etdi AccessBank…
►►►
City Life

Bakı Limanında beynəlxalq əhəmiyyətli təlim keçirilir

Bakı Limanında beynəlxalq əhəmiyyətli təlim keçirilir AZCON Holding şirkətlərindən…
►►►